Daha iki nəfər xəstəxanaya yerləşdirilib
Quba rayonunda bədbəxt hadisə baş verib.
“APA” agentliyinin verdiyi məlumata görə, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
“Qafqazinfo” saytının məlumatına əsasən, hadisə “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) baş verib.
Əvvəllər sabiq nəqliyyat naziri
Ziya Məmmədov
a aid “Garant Holding” şirkətlər qrupuna daxil olan “Quba Rixos Hotel”, daha sonradan rebrendinq edilərək “Quba Palace Hotel” adlanıb və “Paşa Holdinq” şirkətlər qrupunun tərkibinə keçdiyi deyilir.