İqtisadçı: QHT-lər üçün yeganə mənbə prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır
Q.İbadoğlu Turan-a müsahibəsində deyib ki, sərt qaydalar xarici donorları qorxudur.
İlk növbədə xarici donor Azərbaycanda qeydiyyatdan keçməlidir. Bu qaydalardan öncə Azərbaycan QHT-ləri ilə işləyən xarici donorların heç biri bizdə dövlət qeydiyyatından keçmək istəyində deyil”, – Q.İbadoğlu vurğulayıb.
O qeyd edib ki, xarici qrantların olmaması fonunda QHT-lər üçün yeganə mənbə prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır.
Dövlət Şurası ildə iki dəfə qrant verir. Hər dəfə 300-400 QHT öz layihələrinə görə qrant alır. Lakin çox sayda QHT var ki, müxtəlif səbəblərdən bunda iştirak etmir.
Bəzi QHT-lərin dövlət qeydiyyatı yoxdur, bəziləri isə Ədliyyə Nazirliyinin verdiyi reyestrdən çıxarışı almayıb, digərlərinin bank hesabları həbsdədir.
“Qeydiyyat baxımından qaydasında olan QHT-lər var ki, onlar prinsipial olaraq Dövlət Şurasına müraciət etmirlər, dövlətdən qrant almaqdan imtina edirlər. Çünki bu, əslində qeyri-hökumət təşkilatlarının fəlsəfəsinə ziddir”, – Q.İbadoğlu bildirib.
Son iki ildə QHT-lərə təzyiqlərə toxunan İAM rəhbəri deyib ki, mühakimə edilmiş QHT rəhbərləri azad edilsə də, QHT hesablarına həbslər əsasən götürülsə də vəziyyət dəyişməyib.