“Bundan sonra manatın dollara nəzərən məzənnəsinin tarazlaşması müddətə və iqtisadiyyatın durumuna bağlı olacaq”
“Bundan sonra manatın taleyi yalnız Mərkəzi Bankın siyasətindən deyil, həm də milli iqtisadiyyatın durumundan asılı olacaq”
Bunu iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində manatın devalvasiyasını şərh edərkən deyib. Onun sözlərinə görə, Mərkəzi Bank Azərbaycan iqtisadiyyatı üçün yaranmış ən pis iki ssenaridən nisbətən yaxşısını seçdi: “Amma çox təəssüf ki, bir il ərzində qəbul edilən hər iki qərar vaxtında verilmədiyindən daha çox fəsadlar yaratdı. Çünki Mərkəzi Bank neftin qiymətlərinin sabit və yuxarı olduğu ötən illərdə qəbul etməli qərarların hər ikisini çıxılmaz şəraitdə qəbul etdi. Buna səbəb ölkənin fiskal və nə də pul-kredit siyasəti nəinki uzun heç orta müddətli proqramlar və proqnozlar əsasında müəyyənləşdirilməməsidir. Belə olanda da hökümət tərəfindən qəbul edilən qərarlar gecidiyindən sonda iqtisadi təsirini itirir, çünki hökümətdən əvvəl işgüzar biznes və ayıq istehlakçı öz işini görür. Gecikənlər isə həmişə daha çox ziyan çəkir”.
Qubad İbadoğlu son qərarın təsirlərindən də yazıb: “Fikrimcə, bundan sonra manatın dollara nəzərən məzənnəsinin tarazlaşması müddətə və iqtisadiyyatın durumuna bağlı olacaq. Bu baxımdan hazırkı kursu başlanğıc hesab etmək olar. Odur ki, məzənnəyə toxunmuram, çünki məzənnənin tarazlığı yenə də Mərkəzi Bankın bundan sonrakı addımlarından asılıdır. Əgər Mərkəzi Bank malik olduğu az miqdarda dollar ehtiyatı ilə valyuta bazarına müdaxiləni davam etdirəcəksə, əvvəlki siyasətin yumşaq varinatına “tənzimlənən üzən məzənnə siyasəti”nə gedəcəksə, o halda manatın məzənnəsinə az müddətdə olsa da təsir edə biləcək və təbii ki, manatın hazırkı məzənnəsi qıza müddətli dövrdə çüzi uzlaşacaq .Yox əgər “azad üzən məzənnə siyasəti”nə birbaşa keçid edəcəksə, o halda manatın indiki məzənnəsi gələcək məzənnəsi ilə müqayisədə şükürlü olacaq.
Konkret təsirlərə gəlincə, o ikili xarakter daşıyacaq, odur ki, əvvəlcə müsbət tərəfindən başlayaq.
1) Fiskal sektorda yeni şituasiya yaranacaq, növbəti il ərzində neft fondu və neft şirkətləri büdcə qarşısında öhdəliklərini vaxtında və tam şəkildə icra edə biləcək. Bu isə növbəti ilin büdcəsinin yarısının maliyyə təminatı deməkdir.
2) Mərkəzi Bankın ehtiyatlarının azalma tempi aşağı düşəcək.
3) Mərkəzi Bankın pul-kredit siyasətinin təsirləri əvvəlki ilə müqayisədə yüksələcək.
4) Dollarla sərbəst yığımı olanlar, manatla öhdəliklərini daha asanlıqla qarşılayacaqlar.
5) Tədiyə balansı nisbətən tarazlaşacaq, idxala xəcrlər azalacaq, idxalın yerli istehsalla əvəz olunması stimullaşacaq.
Mənfi təsirlərinə gəlincə: .
1) Qiymətlər, xüsusilə də idxal olunan ərzaq məhsullarının qiyməti bahalaşacaq
2) Qiymətlərin bahalaşmasından qorxuya düşən əhali marketləri boşaldacaq və bəzi məhsullarınn satışı üzrə müvəqqəti qitlıq yaranacaq.
3) Umumi qiymət səviyyəsinin bahalaşması və gəlirlərin dəyərsizləşməsi müqabilində əhalinin güzəranı daha da pisləşəcək.
4) Ölkədə işsizlik artacaq, xaricə miqrasiya güclənəcək.
5) Yoxsulluq çoxalacaq, ailə büdcəsinin əsas hissəsi ərzağa yönələcək, büdcədən insanın inkişafına yönələn xərclərə təhsilə və səhiyyəyə sərmayələr azalacaq”.
İqtisadçı hökümətin və Mərkəzi Bankın nə etməli olduğunu da deyib:
“1) Hökümət manatın dəyərsizləşməsinin təsirlərini neytrallaşdırmaq üçün sosial proqramları genişləndirməldir.
2) İqtisadiyatda reformalar aparmalı, azad biznesi və rəqabəti dəstəkləməlidir.
3) Biznesin çıxış vəziyyəyini yaxşılaşdırmaq üçün ümumi vergi amnitsiyası elan etməldiir.
Mərkəzi Bank:
1) Keçid dövrü üçün azad deyil, tənzimlənən üzən məzənnə siyasətinə üstünlük verməldiir.
2) Ölkəyə valyuta daxil olmasını və onun satışını tam liberallaşdırmalıdır.
3) Uçor dərəcəsinə yenidən baxmalı, bankarın kapitalının təmərküzləşməsi istiqamətində siyasətini davam etdirməldir”.