Qubad İbadoğlu: Niyə elm, intellekt, korrupsiya və başqa sahələrdə Ermənistan Azərbaycandan irəlidə olmalıdır?

Reytinqin sonuncu, 138-ci yerində isə Butan Krallığı qərarlaşıb.

Source: Foto: sosial şəbəkə


"Hesab edirəm ki, Azərbaycan olaraq bütün mövqelərdə onları qabaqlamalıyıq”

“Global Firepower 2020” hesabatına görə, Azərbaycan dünyanın 138 ən güclü ordusu sırasında 64-cü yerdədir.

Birinci yerdə Amerika, ikinci yerdə Rusiya üçüncü yerdə Çin ordusu

gəlir

.

İlk onluğa daxil olan ordulara gəlincə, 4-cü yerdə Hindistan, 5-ci yerdə Yaponiya, 6-cı yerdə Cənubi Koreya, 7-ci yerdə Fransa, 8-ci yerdə İngiltərə, 9-cu yerdə Misir və 10-cu yerdə Braziliya ordusu qərarlaşıb.

Cənubi Qafqazda Azərbaycan ordusu ən güclü hesab edilir: 64-cü yerdədir. Gürcüstan ordusu 89, Ermənistan isə 111-ci yerdə qərarlaşıb.

Qonşu ölkələrdən Türkiyə 11, İran 14, Türkmənistan 77, Qazaxıstan 63-cü yerdədir.

Reytinqin sonuncu, 138-ci yerində isə Butan Krallığı qərarlaşıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bəli, Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüdür.

Müharibə apardığı Ermənistan odusunu 47 pillə geridə qoyub. Ancaq tam qələbə üçün gərək təkcə ordu ilə bağlı reytinqdə yox, digər əhəmiyyətli hesabatlarda da ön sıralarda ola: “Tam və qəti qələbə qazanmaq üçün bu, vacibdir. Məsələn, korrupsiya indeksində Ermənistan 198 ölkə arasında 77-ci, Azərbaycan isə 126-cı yerdədir. İqtisadi azadlıq indeksinə görə dünyanın 180 ölkəsi arasında Ermənistan 34-cü, Azərbaycan 44-cü yerdədir. Bu, hansı səbəbə görə baş verir? Əgər hərtərəfli qalib olmaq istəyiriksə bunları nəzərə almalıyıq”.

Qubad İbadoğlu deyir ki, İQ (intelligence quotient-intellekt səviyyəsi) indeksinə görə, Ermənistan 94, Azərbaycan 87 bala malikdir.

Yaxud elmi məqalələrə istinadların sayına görə Ermənistan dünyada 89-cu, Azərbaycan isə 94-cü yerdədir.

İqtisadçı düşünür ki, bunları da sorğulamaq, nəzərə almaq vacibdir: “Və yaxud nəyə görə 15-24 yaşlı gənclərin Ermənistanda 47 faizinin, Azərbaycanda isə 13 faizinin bankda hesabı vardı? Nümunələri artırmaq olar, amma burada saxlayıram. Siyasi söhbətlər aparıb məsələni qəlizləşdirmək istəmirəm. Baxmayaraq ki, bu nəticələrin əldə olunmasında demokratiya, insan haqları, azadlıqlar üzrə indekslər də əhəmiyyətli rol oynayır”.

İqtisadçı soruşur ki, niyə elm, intellekt, təhsil, iqtisadi azadlıq, korrupsiya və bəzi başqa sahələrdə Ermənistan Azərbaycandan irəlidə olmalıdır?

“Onların nəyi bizdən artıqdır və yaxud bizim nəyimiz onlardan əskikdir. Təbii ki, bizim də onlardan irəli çıxdığımız sahələr var. Amma mən hesab edirəm ki, Azərbaycan olaraq bütün mövqelərdə onları qabaqlamalıyıq”, – deyə o bildirir.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Niyə elm, intellekt, korrupsiya və başqa sahələrdə Ermənistan Azərbaycandan irəlidə olmalıdır?