Qubad İbadoğlu: ”Nazirlər Kabinetinə verilən tapşırıq heç yerinə düşmür”

”Əmlak Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə taniş olmaq çox maraqlı olardı”

Source:
Nazirlər Kabineti


”Əmlak Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə taniş olmaq çox maraqlı olardı”

Prezident dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman verib. Məqsəd ölkə iqtisadiyyatının rəqabətliliyinə, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına yardım etməkdir.

Fərmanı öz Facebook səhifəsində şərh edən iqtisadçı Qubad İbadoğlu sənəddə Nazirlər Kabinetinə (NK) “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməsi hissəsisinə toxunaraq bildirib ki, NK bu işi görərkən özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə almalıdır. Əslində, NK-ya verilən bu tapşırıq heç yerinə düşmür. Belə ki, dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarının işlənilməsi qanunun deyil, özəlləşdirmə qaydalarının predmeti ola bilər.

İbadoğlu daha sonra bildirib ki, fərmanda həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunması qeyd olunub: “Bu, o deməkdir ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə ən yaxşı halda bu ilin avqust ayında tanış ola biləcəyik. Hazırkı situasiyada yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur, mövcud qanun layihəsinin təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənun yeni, 3-cü mərhələsinin hüquqi bazasını formalaşdırma mümkün idi. Hazırda özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi yeni mərhələnin aparıcı xəttini təşkil etməlidir. Digər tərəfdən də nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr əsasən kommunal, rabitə və enerji sektorunun iri müəsssələridir, bu halda da onların özəlləşdirilməyə açıq elan edilməsi prezidentin fərmanları ilə olmalıdır. İstənilən halda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə taniş olmaq çox maraqlı olardı. Çünki həm siyahı və həm də özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məsələləridir. Odur ki, gəlin, bir az da gözləyək, görək bu fərman da kağız üzərində qalmayacaq ki?”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: ”Nazirlər Kabinetinə verilən tapşırıq heç yerinə düşmür”