Qubad İbadoğlu – manatın ikinci devalvasiya dalğasına hazırlaşın

“ARDNF-nin gəlirləri devalvasiyadan sonra valyuta hesabı ilə 3,3 mlrd. dollar azalıb”

Source:


“ARDNF-nin gəlirləri devalvasiyadan sonra valyuta hesabı ilə 3,3 mlrd. dollar azalıb”

Azərbaycan hökuməti Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini və xərclərini proqnozlaşdırmalıdır. İqtisad elmləri doktoru, Demokratiya və Rifah uğrunda Hərəkatın lideri Qubad İbadoğlu “Turan İA”-a bununla bağlı şərh verib.

Onun sözlərinə görə, bir çox risklər yaranır, çünki bu il fonda daxilolmalar 1,6 mlrd. manat az olacaq, fonddan dövlət büdcəsinə transfertlər isə əvvəlki səviyyədə qalacaq – 10,4 mlrd. (büdcə daxilolmalarının 53,6 faizi). Başqa sözlə, hər iki mövqeyin gəlir hissəsinin icrasında gərginlik yaranacaq.

2015-ci il üçün ARDNF-nin gəlir hissəsi Milli Məclis tərəfindən 10,2 mlrd. manat səviyyəsində təsdiq edilib, bunun 9,74 mlrd. manatı gəlirli neft hesabına daxil olmalıdır. Yəni fevralın 21-nə qədər xəzinənin gəlir hissəsinin icrası üçün 13 mlrd. dollar tələb olunurdu, devalvasiyadan sonra 9,7 mlrd. dollar lazımdır. Başqa sözlə, ARDNF-nin gəlirləri devalvasiyadan sonra valyuta hesabı ilə 3,3 mlrd. dollar azalıb (13 – 9,7).

Bu halda ölkə rəhbərliyinin ARDNF-nin gəlirliliyi probleminin həlli üçün 2 variantı var. Onlardan biri giopolitik –  yerli neft növünün orta illik qiyməti bir barel üçün 75 dollardan aşağı olmamalıdır. Birinci rüb artıq başlanğıc qiymətdən 20 dollar əksiklə geridədir və qara qızılın qiymətinin xeyli artması üzrə təmayül görünmür. Bu halda hökumət itkiləri qarşılamaq üçün artıq qiymətin 83 dollara qədər artmasını gözləməlidir.

İkinci variant – milli valyutanın 100 dollar-150 manat olacaq şəkildə növbəti devalvasiyasıdır. Bu, ən optimal yanaşmadır, odur ki, əhali həyat səviyyəsində ikinci azalma dalğasına hazırlaşmalıdır, amma bu dəfə fevralın 21-də olduğu kimi 35 faiz deyil, 50 faiz. Nümunə üçün – hətta bir barel orta hesabla 60 dollar olmaqla, neft hasilatı templəri qorunub saxlandığı halda ARDNF-nin gəliri 6,3 mlrd. manat olacaq, 9,7 mlrd. manat səviyyəsinə çatmaq üçün ona əlavə olaraq 3,4 mlrd. lazım olacaq. Hökumətin əlavə maliyyələşmə mənbələri olmadığına görə o, yenidən Mərkəzi Bankın rəhbərini ortaya atmalı və onun ağzından ilin ikinci yarısında, bəlkə də daha tez, yeni devalvasiyanı elan etdirməli olacaq.

Ana səhifəXəbərlərQubad İbadoğlu – manatın ikinci devalvasiya dalğasına hazırlaşın