Qubad İbadoğlu: İndiki halda 12 nazirliyin saxlanması optimal sayılır

İqtisadçı idarəetmədə mərhələli islahatlara start verilməsi təklifilə çıxış edib

Source:


İqtisadçı idarəetmədə mərhələli islahatlara start verilməsi təklifilə çıxış edib


“Neft gəlirlərinin azaldığı indiki mərhələdə dövlət aparatının saxlanması ciddi maliyyə tələb edir. İndiki halda 12 nazirliyin saxlanması optimal sayılır”. Bunu öz Facebook səhifəsində iqtisadçı Qubad İbadoğlu yazıb. O, ölkədəki mövcud iqtisadi situasiyadan irəli gələrək idarəetmədə mərhələli islahatlara start verilməsi təklifilə çıxış edib.

Qubad İbadoğlu Azərbaycanda 20 nazirliyin olduğunu yazaraq, İtaliyada 14, Almaniya və Belçikada 11, İspaniyada 9 nazirlik olduğunu qeyd edir. ABŞ-da isə nazirlik səviyyəsində cəmi 11 federal hökumət qurumunun fəaliyyət göstərdiyini xatırladır. Ona görə də iqtisadçı Azərbaycanda 20 nazirliyin fəaliyyət göstərməsi faktının özünüidarəetmə xərclərinin optimallaşdırılması və struktur islahatlarının aparılması üçün göstərici adlandırır.

İqtisadçı müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, xarici işlər, maliyyə, kənd təsərrüfatı və ərzaq, səhiyyə, təhsil və rifah, sənaye, elm və texnologiyalar, nəqliyyat və infrastruktur, vergi və rüsumların tənzimlənməsi, əmək nazirliklərinin saxlanmasını təklif edir.

Qubad İbadoğlu yaxın vaxtlarda neftin qiymətində ucuzlaşma, manatın dəyərində isə bahalaşma gözlənilmədiyini deyərək, bunun ailə və biznesdə olduğu kimi hökümətdə də rasional xərcləmələr mövzusunu aktuallaşdırdığını söyləyib. O, büdcə xərclərinin optimallaşdırılmasını ixtisarlara və əmək haqqı gəlirlərinin azalmasına yol vermədən idarəetmədəki qurumların sayını zəruri həddə saxlamaqda gördüyünü bidlirir.

Ölkənin Nazirlər Kabinetinin tərkibinə büdcədən maliyyələşən 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxil olduğunu, kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayının 37-yə çatdığını deyən iqtisadçı belə “şişkin idarəetmə aparatına” ehtiyac olmadığını vurğulayır.

Ana səhifəXəbərlərQubad İbadoğlu: İndiki halda 12 nazirliyin saxlanması optimal sayılır