Qubad İbadoğlu Divanın toplantısına qatılmayacaq

“Rəhbərliyin xüsusi təşəbbüsü və birbaşa göştərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verilib”

Source:


“Rəhbərliyin xüsusi təşəbbüsü və birbaşa göştərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verilib”

Müsavat Partiyasının üzvü, 27 sentyabrda keçirilən VIII qurultayda başqanlığa namizəd olan Qubad İbadoğlu fevralın 2-də dəvət aldığı Divanın iclasında iştirak etməyəcək.

Bu barədə Q.İbadoğlu öz Facebook səhifəsində yaydığı açıqlamada bildirib ki, iclasda onun davranışlarının partiya nizanaməsinə uyğunluğu müzakirə olunacaq: “Ancaq dəvəti qəbul etsəm də, Bakıda olmadığıma görə iclasa qatıla bilməyəcəm. Bakıda olduğum günlərin birində Divanın növbəti toplantılarından birinə qatılıb, Divan müzakirələrində iştirak etmək niyyətindəyəm. Bununla bağlı narahatılığım yoxdur. Mən həmişə müzakirələrə açıq olmuşam. Məni narahat edən başqa mədamdır. Bu dəvətdən sonra artıq bir neçə gündür ki, Müsavatın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü və birbaşa göştərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verilib. Artıq bütün cəbhə boyu hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar və şərhlər yazır, qurşaqdan aşağı zərbə vurmaqla məni nüfuzdan salmağa çalışırlar”.

“Bu çirkin kampaniyanı başlatmaqda onların bir əsas məqsədi var: məni hövsələdən çıxarmaq, təmkinimi itirməyimə nail olmaq! Əsla! Mən onların şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyəm.

Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Vicdanınızın (əgər varsa, onu da itirməmisinizsə) səsini dinləyin və bu kampaniyanı dayandırın! Sizi kişi kimi mübarizə aparmağa çağırıram! Tükənmiş gücünüzü mənə yox, xalqın sərvətini talayan, söz azadlığına, demokratiyaya, insan haqlarına arxa çevirən iqtidara göstərin!”, – deyə İbadoğlu fikrini bitirir.

Ana səhifəXəbərlərQubad İbadoğlu Divanın toplantısına qatılmayacaq