Qubad İbadoğlu: Artıq ermənilər Fransadan, ABŞ-dan birbaşa Xankəndinə uça biləcəklər

“Yəni Azərbaycanın razılığı olmadan ora xaricdən gələn təyyarələr enə bilməz”.

Foto: arxiv


"Bu xidmətləri əvvəlki kimi ermənilər təşkil edəcəklər”

“Deyirlər, Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları beynəlxalq reyestrə salınacaq. Əvvala, Füzulidə və Ağdamda nəinki hava limanı, heç daş-daş üstə qalmayıb. Yeni aeroportun tikilməsi də bir neçə il sürə bilər. Belə olan halda Xankəndi hava limanına beynəlxalq aeraport statusu verilməsi o deməkdir ki, onlar müstəqil olaraq dünyanın istənilən yerinə uça və eyni zamanda, istənilən xarici ölkədən birbaşa qonaq və turist, yük və poçt qəbul edə biləcəklər”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

O bildirib ki, 2017-ci ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş argentinalı milyarder Eduardo Ernekyanun maliyyə dəstəyi ilə Xocalı Aerportunun yerində Xankəndi Hava Limanı tikilib.

O zaman Azərbaycan bu aerporta enmək istəyən təyyarələri vurmağa haqqı olduğunu bildirmişdi: “Çünki beynəlxalq hüquqa görə həmin ərazilərdəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı Hava Limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub. Yəni Azərbaycanın razılığı olmadan ora xaricdən gələn təyyarələr enə bilməz”.

Qubad İbadoğlu deyir ki, indiyə qədər də Azərbaycanın razılığı olmadığına görə, bu aeroportu Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tanımırdı: “Artıq razılıq verilib, bundan sonra ermənilər Fransadan, ABŞ-dan birbaşa Xankəndinə uça və ya yük göndərə biləcəklər. Əgər Xankəndi Hava Limanında sərnişinlərə vizanı biz verərdiksə, pasport və gömrük yoxlamasını Azərbaycan sərhəd və gömrük xidməti həyata keçirərdisə, onda bunu alqışalayardım. Amma mən bildiyim qədər bu xidmətləri əvvəlki kimi ermənilər təşkil edəcəklər”.

Noyabrın 25-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Bu barədə məlumatı "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

yaymışdı

.

Məlumatda deyilir ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.

Həmçinin hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabrdında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Sənəddə deyilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib.

Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir: “İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkib və tam dağılıb”, – məlumatda bildirilir.

Ana səhifəSiyasətQubad İbadoğlu: Artıq ermənilər Fransadan, ABŞ-dan birbaşa Xankəndinə uça biləcəklər