Axtarış nəticəsində məsciddə hər hansı partlayıcı qurğu tapılmayıb
Yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.
Məlumatı Azadlıq Radiosu yayıb.
Səhər saat 7 radələrində Daxili Qoşunların hərbi hissələri Bakı-Sumqayıt yolu ilə şimal bölgəsinə doğru hərəkət edib. Həmin görüntülər Meydan TV-yə göndərilib.
Rayon sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: “İnsanları Cümə namazına da buraxmadılar. Yerli əhali qiymət artımıyla bağlı bu gün aksiya keçirmək istədi, buna görə polis Meydan ərazisini mühasirəyə aldı, heç kimə girib-çıxmağa qoymaydılar”.
Son məlumata görə, axtarış nəticəsində məsciddə hər hansı partlayıcı qurğu tapılmayıb.
Çəkdiyiniz video və fotoları bizimlə paylaşa bilərsiniz.
#whatsapp nömrəmiz:
+49 176 16263646