Qriqoryan “Bakının Yeravana təzyiqlərinin” arxasında Moskavanın dayandığını deyir (yenilənib)

Armen Qriqoryan. Mənbə: armenpress

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Armen Qriqoryanın bəyanatlarını təxribat xarakterli hesab edir.

“Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, – deyə Peskov news.am saytının sorğusuna cavab olaraq bildirib.

Dmitri Peskov, Foto: ID1974/shutterstock


“Ermənistan strateji müttəfiqinin istəyinə müqavimət göstərir, hərbi təzyiq şəklində cavab alır”

“Strateji müttəfiqimiz Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir. Biz bunu ilk dəfə yüksək səviyyədə bildiririk”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 26-da İctimai Televiziyanın efirində səsləndirib.

Armen Qriqoryan 13 sentyabr əməliyyatının Rusiyanın təzyiqi çərçivəsində olduğu qənaətindədir:

“Bu, Ermənistan ərazisindən keçən qondarma dəhliz məntiqində hansısa yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstində, belə demək mümkünsə, geniş kontekstdir. Açıq şəkildə deyə bilərəm ki, sentyabrın 13-də eskalasiya da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”.

“Ermənistan-Rusiya münasibətlərində son vaxtlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur”, – Qriqoryan belə deyib.

“Bütün bunların dəhliz naminə edilirmi?” sualına Ermənistan Təhlükəsizlik Şurasının katibinin cavabı belə olub:

“O cümlədən. Başqa sözlə, Ermənistan ərazisindən ekstraterritorial dəhliz üçün”.

Eyni zamanda, Armen Qriqoryan Laçındakı aksiyaların da eyni təzyiq mexanizmi olduğuna işarə edib:

“Təbii ki, bütün təzyiqlər buna görədir”.

Armen Qriqoryan ilk dəfə bəzi hökumətyönlü deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib.

Bəyan edib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır:

“Konstitusiyaya görə, Ermənistanın suveren dövlətdir və belə də qalacaq. İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt ona müqavimət göstərsə, o, hərbi güc formasında başqa cür təzyiqlərə məruz qalır”.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabrında imzalanmış üştərəfli bəyanata (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Laçın dəhlizində nə baş verir?

2022-ci ilin dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürüblər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Ana səhifəSiyasətQriqoryan “Bakının Yeravana təzyiqlərinin” arxasında Moskavanın dayandığını deyir (yenilənib)