”Qripdən ölmə ehtimalı var”

Nazirlik: “A (H3N2) çox yüngül keçən mövsümi qripdir”

Source:


Nazirlik: A (H3N2) çox yüngül keçən mövsümi qripdir

Professor Adil Qeybulla “Facebook” səhifəsində son 1 ayda qrip və öskürəkdən əziyyət çəkən vətəndaşlara məsləhətlərini paylaşıb.

Professor Meydan TV-yə açıqlamasında da təhlükənin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ölənlər barədə konkret açıqlama vermədiyindən, yalnız ehtimallar əsasında danışmaq olar:

“Mən mediada qripdən ölənlərin olduğunu deməmişəm, ancaq bunun mümkünlüyündən danışmışam. Sadəcə, Səhiyyə Nazirliyi heç vaxt bu barədə rəsmi məlumat verməyib. 2015-ci ildə qripin ağır forması olmuşdu və 3-4 adam ölmüşdü, bəlkə çox idi. Rəsmi bu barədə açıqılama olmasa da, biz dəqiq bilirdik ki, qripdən idi. Problem ondadır ki, rəsmi məlumat olmadıqda, sübut etmək çətindir. Ancaq 2016-cı il barədə heç nə deyə bilmərəm”.

Adil Qeybulla deyib ki, hazırda qrip çox ağır keçir, bu, yaşlı və ağciyərindən problem yaşayanlara daha pis təsir edir: “Amma onların arasında ölüm hadisəsi baş verəndə, bu, qripdən ölənlər kimi dəyərləndirilmir. Bütün hallarda ölüm təhlükəsi mümkündür”.

Professor düşünür ki, televiziyaların apardığı təbliğat, bu məsələlərdə tamamilə susqunluq, vacib maarifləndirici tədbirlərin görülməməsi yetərincə iş aparılmaması qənaəti yaradır. Belə olanda əhali özünü qorumalıdır.

Professor bildirib ki, bütün viruslar kimi qrip virusu da zamanla dəyişikliyə və mutasiyaya uğrayır:

“Orqanizm ona qarşı əks-cisimlər hazırlayana qədər virus dəyişir və yaranmış əks cisimlər onu tanıya bilmir. Nəticədə virus orqanizmin immune sisteminin zərbsindən yayına bilir və daim xəstəlik törətmyə qadirdir. Hər il qripdən orta hesabla 20-30 min arası insan dünyasını dəyişir. Adətən payız başlayanda qeyri-stabil havalarda sezon qripi başlayır və yazın ortalarına qədər davam edir. Çünki bu vaxtlar insanlar daha çox qapalı yerlərə toplanırlar, bu da xəstəliyin yayılmasında əsas rol oynayan hava-damcı təmaslarını artırır.

Adil Qeybulla foto Meydan TV

Qripin pandemiyası əsasən yeni ştamlar peyda olan zaman qeydə alınır, bu zaman virus qısa zaman kəsiyi ərzində böyük areala yayıla bilir.

Qrip yuxarı tənəffüs yollarının qripəbənzər əlamətlərlə keçən iltihabi proseslərindən (kəskin respirator infeksiyalar, soyuqdəymə xəstəlikləri) daha təhlükəli hesab edilir”.

“Qrip əlamətləri bunlardır: hərarətin yüksəlməsi, üşütmə, əzələ-oynaq ağrıları, zökəm, öskürək, boğazda ağrı, angina, yorğunluq, halsızlıq, zəiflik. Virus intoksikasiyası ağırlaşmalar törədə (bakterial pnevmoniya, ağciyər ödemi, udlaqarxası abses, qulaq və əngin ciblərinin infeksiyaları, görmənin itməsi, xroniki xəstəliklərin kəskinləşməsi) və ölümə gətirə bilər. Xüsusilə, 65 yaşdan yuxarı insanlar, 2 yaşa qədər olan uşaqlar, xroniki xəstəlikləri (şəkərli diabet, astma, xroniki ürək, ağciyər, qaraciyər və böyrək xəstəlikləri) olan insanlar qripə yoluxmağa daha meylli olurlar”,-deyə Qeybulla bildirib.

Qripin profilaktikası üçün nə etməli sualına gəlincə, o, deyib ki, cuna maskalardan istifadə etməli (ictimai nəqliyyatda, işdə, kütləvi toplantı

yerlərində), şəxsi gigiyena tədbirlərinə riayət etməli – əlləri tez-tez sabun və isti su ilə yumalı (xüsusilə yeməkdən öncə), qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra əlləri yumalı. Əgər qripə yoluxmusunuzsa, tez yataq rejiminə keçib, cuna maskalardan istifadə edib və çoxlu ilıq maye qəbul etməlisiniz. O, cümlədən, antiqrippin, “Amantadin”, “Remantadin”, “Arbidol”, “Tamiflu”, “Relenza”, “Zanamivir” dərmanları qəbul edin. Bu dərmanlar virusun yayılmasına müqavimət göstərir. Onları qrip əlamətləri başlayandan 48 saat sonra atmaq lazımdır. Təcrübə göstərir ki, onlar ağırlaşmaları azaldır və xəstəliyin ömrünü qısaldır”.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə APA-ya deyib ki, Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur.

“Bu gün insanlarda əsasən respirator virus infeksiyalarına xas olan adena virus, paraqrip müşahidə edilir. Onun sözlərinə görə, tək-tək hallarda A tipinə aid olan virus yoluxmaları olur və bu, mövsümi haldır. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur. Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejimə riayət etmir, həkimə getmir, müalicə almırlar. Bu qaydalara riayət edilmədikdə xəstəlik ağırlaşır. Amma ilk əlamətlər olduqda həkimin dediyi təyinatla müalicə olunsa, həmin şəxslərdə xəstəlik yüngül keçir, heç bir ağırlaşma-bronxit, pnevmaniya olmur. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olurlar. Xəstə insanlar işə davam edəndə, evdən çıxanda ətrafdakıların da yoluxmasına səbəb olur”,-deyə xanım Əliyeva bildirib.

Afaq Əliyeva foto APA

A.Əliyeva qeyd edib ki, bu günə kimi nisbətən ağır respirator infeksiya keçirən xəstələrdən laborator müayinə üçün material götürülür və Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında müayinə olunur. Direktor müavini vurğulayıb ki, onların arasında bir neçə nəfərdə A tipli qrip virusuna aid olan H3N2 qeydə alınıb. Onun sözlərinə görə, H3N2 çox yüngül keçən mövsümi qripdir.

A.Əliyeva iddia edir ki, Azərbaycanda insanların qripdən ölməsi ilə bağlı səsləndirilən fikirlər əsasızdır, indiyə kimi ölkədə qripdən ölən olmayıb.

Ana səhifəXəbərlər”Qripdən ölmə ehtimalı var”