”Qorunmayan əmanətlərin bir hissəsi qaydalar dəyişənə qədər banklarda depozit kimi yerləşdiriliblər”

Vüqar Bayramov: ”Bank müflis olan zaman həmin əmanətlər qaytarılmır”

Foto: Meydan TV
Vüqar Bayramov
Vüqar Bayramov


Vüqar Bayramov: ”Bank müflis olan zaman həmin əmanətlər qaytarılmır”

“Dəmirbank”dakı 28.3 milyon manat qorunmayan əmanətin bir hissəsi 2016-ci il martın 2-dən öncə banka depozit kimi yerləşdirilən vəsaitlərdir.

Bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi”.

İqtisadçı Vüqar Bayramov belə deyir. O, bu nəticəyə əmanətçilər tərəfindən edilən müraciətlər əsasında gəlib:

“Belə ki, sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi. Ondan əvvəl isə 30 min manatadək olan əmanətlər sığortalanırdı. Nəticədə, 2016-ci il martın 2-dən öncə bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilərin yeni müqavilənin bağlanması üçün müraciət etmədiyindən depozit müqaviləsi avtomatik olaraq ya eyni şərtlər ilə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb”.

İqtisadçı bildirir ki, əksər depozit anlaşmalarına əsasən, müqavilə başa çatanda əmanətçi banka müraciət etmirsə, anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır:

“Bu isə o deməkdir ki, 2016-ci il martın 2-dən öncə 6 faiz ilə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlər ilə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib. Nəticədə, bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb”.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətin olması da ondan xəbər verir ki, banka yeni anlaşma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil.

“Bu baxımdan da, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra banka yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda, əgər gələcəkdə bank müflis olarsa, həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski ola bilər”.

Əmanətlərin Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb. Fond bildirir ki, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir:

Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

Maliyyə Bazalarına Nəzarət Palatası ötən il dekabrın 22-də “DəmirBank” ASC-nin də lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət var. Fevralın 17-i tarixinə sığortalanan əmanətlər üzrə 38 milyon manat kompensasiya edilib.

İlkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər 28.3 mln manat təşkil edir. Qorunmayan əmanətlərin qaytarılmasından isə hələ ki, söhbət getmir. Baş bankir Elman Rüstəmov da “DəmirBank” ASC ilə bağlı vəziyyətə münasibət bildirib. O, bu addımın Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atıldığını

söyləyib

.

2016-cı ildə isə ölkədə 11 bank bağlanıb. O banklarda qorunan əmanətlər 2017-ci ilin sonuna kimi tam ödənilməmişdi.

Ana səhifəXəbərlər”Qorunmayan əmanətlərin bir hissəsi qaydalar dəyişənə qədər banklarda depozit kimi yerləşdiriliblər”