QMİ: “Müsəlman Birliyi Hərəkatı” ilə heç bir əlaqəmiz yoxdur:

“Onlar qeyri-hökumət təşkilatıdır bizim tərəfimizdən qeydiyyatdan keçməyiblər”

Source:


“Onlar qeyri-hökumət təşkilatıdır bizim tərəfimizdən qeydiyyatdan keçməyiblər”

“Müsəlman Birliyi Hərəkatı”nın Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə heç bir əlaqəsi yoxdur. Hadisə ilə bağlı hafta.az-a açıqlama verən QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib: “Onlar qeyri-hökumət təşkilatıdır. Bizim tərəfimizdən qeydiyyatdan keçməyiblər. Bu qurumun bizim təşkilatla heç bir əlaqəsi olmadığına görə, biz onlar haqda məlumat verə bilmərik”.

Noyabrın 5-də Suraxanı Rayon Polis İdarəsinin qarşısına toplaşan bir qrup dindar etiraz aksiyası keçirib. Onların narazılığına səbəb “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri Elçin Qasımovun saxlanması olub.

İdarə qarşısına toplaşan yüzlərlə şəxs Elçin Qasımovun azad olunmayacağı halda, binanın qarşısından bir yerə ayrılmayacaqlarını deyiblər. Nəticədə hadisə yerinə gələn polis və dindarlar arasında qarşıdurma yaşanıb. 20-yə yaxın dindarın saxlandığı aksiya zamanı polis etirazların böyüməsinin qarşısını alıb.

Elçin Qasımov Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Hazırda dünən baş tutmuş aksiyada iştirak edərək, polisə müqavimət göstərən şəxslər də məhkəmə qarşısına çıxarılaraq, mühakimə olunmaqdadır. Artıq onların da bir neçəsinə sutkalıq azadlıqdam məhrumetmə hökmü oxunub.

Ana səhifəXəbərlərQMİ: “Müsəlman Birliyi Hərəkatı” ilə heç bir əlaqəmiz yoxdur: