QMİ-dən toy-yas mərasimləri ilə bağlı növbəti bəyanat

“Qafqaz Müsəlmanları İdarəsi israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir”

Source:


“Qafqaz Müsəlmanları İdarəsi israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir”

Son bir həftədə Azərbaycanda yas və toy məclislərinin dəbdəbəli keçirilməsi, xüsusən qida məhsullarının bolluğu fonunda təşkil olunması müzakirələrə yol açıb. Avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsi baş verənlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, qurum yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: “Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində əksini tapıb. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir.

QMİ mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların qurumun mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririb ki, bəyanatdakı mövqeylərinin birmənalı olduğunu bəyan edir (apa).

Ana səhifəXəbərlərQMİ-dən toy-yas mərasimləri ilə bağlı növbəti bəyanat