“Qızıma dedim ki, ölsəm də gəlmə”(VİDEO)

Hüquq Müdafiəçisi Mirvari Qəhrəmanlı qızı, Qadın Krizi Mərkəzinin sədri Mətanət Əzizovanın həmkarı Leyla Yunusu şərləməmək üçün ölkədən çıxdığını deyir. Xanım Qəhrəmanlı bildirir ki, qızı prokurorluqda şahid qismində dindirilərkən ondan Leyla Yunusun əleyhinə olan sənədə qol çəkməyini istəyiblər. O, imza atmaqdan imtina edib.

Leyla Yunus bildirir ki, Mətanət Əzizovanın ölkədən getməsini özü ona məsləhət görüb.

Xanım Əzizovanın oğlu Camal və həyat yoldaşı Eldar Əzizov 21 mayda Gürcüstan sərhəddindən keçmək istəyərkən onları saxlayıb, geri qaytarıblar. Sərhəd xidmətinin işçiləri deyib ki, prokurorluqdan onların ölkəni tərk etməsi qadağan olunub.

Mətanət Əzizovanın vəkili Samirə Ağayeva deyir ki, Əzizovlar ailəsinin iki üzvünün sərhəddən geri qaytarılması qanuna ziddir. Bu Konstitusiyanın 28-ci maddəsinə əsasən sərbəst hərəkət azadlığının pozulmasıdır.  Vəkil bildirir ki, Eldar Əzizov və Camal Əzizov cinayət işi üzrə şahid deyillər. Onların sərbəst hərəkətini yalnız məhkəmə məhdudlaşdıra bilərdi. Vəkil Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən məhkəməyə şikayət veriləcəyini deyib.

Mirvari Qəhrəmanlı deyir ki, müstəntiq qızının evində axtarış apararkən ona məxsus olan kompyuterləri, Front Line a üzvlük vəsiqəsini, evin kupçasını götürüblər. O, bir aydır  ekspertizanın qurtaracağını və əşyalarının geri qaytarılacağını gözlədiyini bildirir.

Leyla Yunus vurğulayır ki, Mətanət Əzizovanın yaxınlarını ölkədə girov kimi saxlayırlar. O, ailə üzvlərinə təzyiq olunacağını bildirir.

Mirvari Qəhrəmanlı qızına 3 ay müddətinə Azərbaycana gəlməyi qadağan edib. O, bunu övladının təhlükəsizliyi üçün etdiyini bildirir.

Ana səhifəVideo“Qızıma dedim ki, ölsəm də gəlmə”(VİDEO)