Qızım zəng eləyib dedi ki : Ana, ölürəm, əlvida! (VİDEO)

“İkinci qızım imtahana hazırlaşırdı, otaqda tüstü hiss eləyib, eşidib ki, qonşu qışqırır, “çıxın çölə, yanğın var”. Onda bayıra çıxıb, çıxanda qara his bürüyüb bloku. Camaat deyib, aşağıda yanğındır, qaçın yuxarı. Biz 13-cü mərtəbədəyik, qalxıblar 15-ə. Görüblər 15-də lift işləmir, düşüblər 14-cü mərtəbəyə. Qızım lifti basıb, dayanıb bir qadınla 14-cü mərtəbədə. 14-cü mərtəbədən aşağı düşən qadın 4 yaşlı uşağı ilə elə bizim qapımızın yanında keçinibmiş. Bizim qızın bəxti gətirib ki, lift onları aşağı düşürüb. Düşüblər birinci mərtəbəyə, blokdan çıxıblar. Amma neçənci mərtəbədəndir bilmirəm, 4 nəfər 4-cü mərtəbədə qalıblar, onlar boğulublar liftdə”- İlhamə Məmmədova Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğında qızının başına gələnlərdən danışır. O, həmin gün işdə olub, qızı evdə tək qalıb. Övladı yanğından xilas ola bilib.

Ana səhifəVideoQızım zəng eləyib dedi ki : Ana, ölürəm, əlvida! (VİDEO)