Qızıl dükanının sahibəsinin qətli ilə bağlı cinayət işi açıldı

“Jewellery” zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadəyə 43 bıçaq zərbəsi vurulub

Source:


“Jewellery” zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadəyə 43 bıçaq zərbəsi vurulub

Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paytaxtın Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb. İlkin araşdırma zamanı qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Ana səhifəXəbərlərQızıl dükanının sahibəsinin qətli ilə bağlı cinayət işi açıldı