Qiymət artımı: “Aldığımız maaşın hamısını bazarda xərcləyirik”

Azərbaycan hökuməti 2023 il üçün nəzərdə tutduğu inflyasiya proqnozunu artırıb. Belə ki, ilin əvvəlində orta iliik inflyasiya proqnozu 6,9 % nəzərdə tutulurdusa, bu rəqəm artaraq 10,4 % səviyyəsinə qaldırılıb. Bu hesablama bütün istehlak məhsullarını əhatə edir. Bəs əhalinin əsas xərclərini təşkil edən qida məhsullarında qiymət artımı nə qədərdir?

İqtisadçı Fərid Mehralızadə deyir ki, rəsmi rəqəmlərə görə son 20 aydır inflyasiya ikirəqəmli həddədir. Bu, qiymət artımının kəskin olduğunun göstəricisidir.

Qiymət artımında yüksək pay ərzaq məhsullarının üzərinə düşür. İqtisadçı qida məhsullarında 40%-ə qədər bahalaşma olduğunu deyir. Bazarda isə bahalaşma alıcılarla satıcıları üz-üzə qoyub. Hər iki tərəf qiymət artımından əziyyət çəkir. Marketlərin qiymətlərindən narazı olan müştərilər alış-veriş üçün bazar-bazar gəzməli olurlar.

İqtisadçı Fərid Mehralızadə hesab edir ki, qiymət artımının səbəblərindən biri Azərbaycanın idxaldan asılı bir ölkə olmasıdır. Digər tərəfdən, Dünya Ticarət Təşkilatının hesabatına görə, Azərbaycan regionda ən yüksək orta gömrük tarifinə malikdir.

Baş nazir Əli Əsədov iyulun 17-də inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılması ilə bağlı sərəncam imzalayıb. İşçi qrupunun məqsədi ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirməkdir.

Ana səhifəSosialQiymət artımı: “Aldığımız maaşın hamısını bazarda xərcləyirik”