Qiyas İbrahimov cərimələndi

Gənc fəalla bağlı məhkəmə qərar verdi

Foto: Meydan TV


Gənc fəalla bağlı məhkəmə qərar verdi

Nizami Rayon Məhkəməsi iyunun 10-da gənc fəal Qiyas İbrahimovun 50 manat cərimə olunması haqqında qərar çıxarıb.

Prosesə hakim Mətanət Hacıyeva sədrlik edib.

Bu barədə Qiyas İbrahimovun özü jurnalistlərə bildirib.

Gənc fəalın cərimələnməsinə səbəb polis zorakılığına etiraz aksiyası keçirməsidir.

İyunun 8-də səhər 7 radələrində Çevik Polis Alayı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşayş binasında əməliyyat keçirib və 11 sakin yatağından qaldırılaraq aparılıb. Buna səbəb kimi iyunun 7-də sakinlərin polisin vətəndaşlara qarşı sərt davranışına etiraz əlaməti olaraq eyvanlardan zibil tullaması olub.

Qiyas İbrahimov iyunun 9-da yaşadığı binanın damına çıxıb. Fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də din!” şüarı yazılmış plakatı oradan asıb. O, bununla polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi “zibil əməliyyatı“na etirazını bildirib.

Polis onu saxlayaraq 25-ci polis bölməsinə aparıb. Qiyas İbrahimov İnzibati Xətalar Məcəlləsinin 520-cu maddəsi (xuliqnalıq) ilə ittiham edilib və bir gün sonra məhkəmə qarşısına çıxarılıb.

Ana səhifəXəbərlərQiyas İbrahimov cərimələndi