Qiyas İbrahimin məhkəməsi başlayır

Sentyabrın 8-də gənc fəal Qiyas İbrahimin məhkəməsi başlayır

Source:

Sentyabrın 8-də gənc fəal Qiyas İbrahimin məhkəməsi başlayır

Bu barədə vəkili Elçin Sadıqov məlumat verib. O, bildirib ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatına verilib.

Qiyas İbrahim Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs gözləyir.

Onunla birlikdə saxlanan digər gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzatdı.

Q.İbrahim B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Ana səhifəXəbərlərQiyas İbrahimin məhkəməsi başlayır