Son iki həftədə vətəndaş cəmiyyətində bir həyəcan yaşanır. Bu, özdən QHT sektorunun ötən həftə yaydığı həyəcan təbilli çalan bəyanatında da biruzə verdi. “MG Consulting” şirkətinin direktoru, hüquqşünas Məhəmməd Quluzadə ilə söhbətimizdə yaranmış durumun qanunvericilikdə tənzimlənmə mexanizmlərinə toxunduq.
–
M
ə
h
ə
mm
ə
d b
ə
y, Milli M
ə
clisin QHT sektoru bar
ə
d
ə
q
ə
bul etdiyi qanunlar Az
ə
rbaycan
ı
n beyn
ə
lxalq al
ə
md
ə
g
ö
t
ü
rd
ü
y
ü
ö
hd
ə
likl
ə
r
ə
n
ə
d
ə
r
ə
c
ə
d
ə
cavab verir?
– QHT qanunvericiliyi sahəsində hər il yeni dəyişikliklər baş verir. Bu, istər qanunların dəyişməsi, istər hər hansı alt normativ sənədlərin dəyişməsi ilə əlaqədardır. Son dəyişikliklər 17 dekabr 2013-cü il tarixdə parlament tərəfindən qəbul olundu, fevralın 4-də isə qüvvəyə mindi.
–
Q
ü
vv
ə
y
ə
min
ə
n d
ə
yi
ş
iklikl
ə
r QHT sektoruna m
ü
st
ə
qillik verir, yoxsa
ə
lind
ə
n al
ı
r?
– Son dəyişikliklərin müsbət tərəflərindən biri odur ki, fiziki şəxslər artıq qrantlarını Ədliyyə Nazirliyində qeydiyyata qoya bilərlər. Bizdə 2004-cü tarixli qrantların qeydiyyatı qaydaları var, o qaydalar yalnız hüquqi şəxslərə şamil olunur. “Qrant haqqında” qanunda fiziki şəxslər qrant ala bilərdi, amma qaydalara görə onlar qrant müqaviləsini qeydiyyata qoya bilmirdilər. Bilirsiniz ki, çoxlu sayda qeydiyyatsız QHT-lər var, onlar qrant alanda ya təsisçinin, ya da başqa bir şəxsin, əməkdaşının adına alırdılar, amma qanunvercilikdə qeydiyyat məsələsi tənzimlənmirdi. İndi daha asanlaşıb, çünki qeydiyyatsız QHT ya rəhbərinin, ya da təsisçinin adına qrantı alırsa, qanun qrantı fiziki şəxs adına qeydiyyata qoyub, bildiriş alıb və tam qanuni olaraq realizə etməyə icazə verir. Bununla yanaşı son dəyişikliklər bir sıra problemlərə də gətirib çıxarıb. Xüsusən də problemlər qrantın qeydiyyatı ilə bağlıdır. Bu dəyişikliklər banklar üçün yeni sanksiya yaradır, yəni təşkilatın hesabına qrant vəsaiti daxil olursa, bank vəsaiti QHT-yə vermək üçün Ədliyyə Nazirliyindən qrantın qeydiyyatına dair bildiriş tələb edir. Bildirişin verilməsi üçün QHT Ədliyyə Nazirliyinə qrant müqaviləsi və qərarı imzalandığı gündən 30 gün ərzində noratial təsdiq olunmuş surətin təqdim etməlidir. Bəzi hallarda noratial təsdiq çox böyük problemlərə gətirib çıxarır.
–
Niy
ə
?
– Misal üçün, tərəflərdən birinin möhürü yoxdursa, çox vaxt xarici donorlarda möhür anlayışı olmur, notarius onu təsdiqləmir. İkinci, əgər qrant müqaviləsi xarici ölkədə yerləşən donor tərəfindən verilirsə, həmən sənəd notarial qaydada təsdiqlənmir. Çünki Apostol haqqında konvensiyaya görə xarici ölkədə müqavilə apostol olunmalıdır. Yəni həmin ölkənin müvafiq dövlət orqanı təsdiqləməlidir ki, müqaviləni imzalayan hüquqi şəxs qeydiyyatdan keçib. Bu məsələ isə bəzən 30 günü aşır, QHT-nin isə müqaviləni qeydiyyatdan keçirmək üçün o qədər zamanı var. bəzi xarici donorlarda Apostal konvensiyasına baş qoşmurlar. Onlar müqaviləni əsas götürüb bunun üçün vaxt itirməyə ehtiyac görmürlər.
–
Onlar
ı
n yana
ş
mas
ı
ə
sasl
ı
d
ı
rm
ı
?
– Təbii ki, donor layihələrin icra olunmasını istəyirsə, QHT-yə kömək etməyə çalışmalıdır. Bəzi donorlar müqavilələri 2 dildə tərtib edirlər, ingilis və Azərbaycan dilində, yaxud müqaviləyə apostol təyin edilmiş sənəd əlavə edirlər. Bu, QHT-nin işini aasanlaşdırır. Əks təqdirdə, notariat bunları təsdiqləmir, Ədliyyə Nazirliyi də bildiriş vermir. Bank da bildiriş olmadan qrant vəsaitini ödəmir.
–
Bu probleml
ə
r s
ü
ni
şə
kild
ə
yarad
ı
lm
ı
rm
ı
?
– Süni deyəndə, qanundakı məqamlardan irəli gəlir. Yəni qanunda notarial təsdiq ifadəsi ortalıqdan qalxsa, problemlər öz həllini tapar. Bilirsiniz ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində Hüquq və Monitorinq Komissiyası fəaliyyət göstərir. Bugünlərdə komissiya bir sıra təkliflərini Ədliyyə Nazirliyinə təqdim etdi. Təkliflərdən biri qrantın qeydiyyatının sadələşdirilməsi, o cümlədən, notarial təsdiqin çıxarılması tələbidir.
–
B
ə
s t
ə
klifl
ə
rin n
ə
z
ə
r
ə
al
ı
naca
ğı
n
ı
g
ö
zl
ə
yirsinizmi, yaxud n
ə
z
ə
r
ə
al
ı
nmal
ı
d
ı
rm
ı
?
– Mütləq nəzərə alınmalıdır, çünki artıq problem böyüyür. Əgər əvvəl bir-iki təşkilat belə problemlə üzləşirdisə, indi problemlər artır, hətta yeniləri üzə çıxır. Misal üçün, qanun fevralın 4-də qüvvəyə minib, təbii ki, qanunun geriyə qüvvəsi ola bilməz. Amma bizə məlumatlar da çatır ki, fevralın əvvəlindən müqavilə bağlanıbsa, birinci köçürmə baş veribsə, digərini götürməyə gələndə, bank bildiriş istəyir. Hətta bəzi banklar köçürmələrin sayına görə bildirişlər tələb edirlər. Halbuki qanunda bunlar nəzərdə tutulmayıb. Bu məsələlər komissiya tərəfindən Mərkəzi Bank qarşısında da qaldırılmışdı. Bizdə belə bir məlumat var ki, artıq banklara bir qrant üzrə bir neçə bildirişin tələb edilməməsi göstərişi verilib.
–
Son vaxtlar QHT-l
ə
rin bank hesab
ı
na h
ə
bs qoyulmas
ı
tendensiya hal
ı
n
ı
al
ı
b, bu bar
ə
d
ə
n
ə
d
üşü
n
ü
rs
ü
n
ü
z?
– Mətbuatdan vəziyyəti izləyirəm. Əsasən bankların bildiriş tələb etməsi ilə bağlıdır. QHT Ədliyyə Nazirliyindən bildirişi gətirirsə, bank problemsiz vəsaitdən istifadə imkanı yaradır.
–
Amma
Ə
dliyy
ə
Nazirliyi h
ə
r bir QHT-y
ə
d
ə
bildiri
ş
vermir, bu m
ə
s
ə
l
ə
d
ə
siyasi motivl
ə
r rol oynam
ı
rm
ı
?
– Yaxşı olar, bu sahədə monitorinq aparılardı, hansı təşkilatlar onlara təzyiqin siyasi motivlə bağlı olduğunu deyirsə, onlar statistik aparsınlar ki, həqiqətən onlara qərəzli münasibət varmı. Əgər belə müşahidələr olsa və informasiya şəkilndə cəmlənsə, ciddi hadisə olacağını düşünürəm.
–
Bu g
ü
nl
ə
rd
ə
bir qrup QHT h
ə
y
ə
can t
ə
bili
ç
ald
ı.
Ə
g
ə
r etirazlar artsa, prosesin m
ü
sb
ə
t t
ə
r
ə
f
ə
istiqam
ə
tl
ə
n
ə
c
ə
yini d
üşü
n
ü
rs
ü
n
ü
zm
ü
?
– Biz həmişə nikbin olmuşuq, komissiyanında əsas məqsədi problemi Ədliyyə Nazirliyinə çatdırmaqdır. Bu yaxınlarda QHT-lərin və Ədliyyə Nazirliyinin iştirakı ilə böyük bir tədbir keçirildi. İndi dediyimiz problemlərin hamısı səsləndi, komissiya da ümimləşmə apardı. Nazirliyin nümayəndəsi problemlərin bəziləri haqqında onlarda məlumat olmadığını etiraf etdi. Çünki o, icra edən orqan olduğundan qanunun icrasından, təcrübədən gələn problemlərin heç də hamısını bilməyə bilərlər. Ona görə nazirliklə komissiya çox güclü işləyirlər. Ümid edirik ki, bu məsələ sadələşdiriləcək.
–
Ü
mumilikd
ə
, bu sektor haqq
ı
nda qanunvericilik beyn
ə
lxalq
ö
hd
ə
likl
ə
r
ə
cavab verirmi?
– Buna dair qeyri-kommersiya hüquqi üzrə beynəlxalq mərkəzin araşdırması var. Məsələ ilə bağlı birmənalı “hə” və “yox” cavab vermək yanlış olardı. Çünki bəzi istiqamətlərin beynəlxalq təcrübəyə uyğun olması mümkündür. Amma geridə qaldığımız sahələr də ola bilər. Misal üçün, QHT-lərə yardım edən kommersiya qurumları üçün vergi güzəştlərinin nəzərdə tutulmaması. Bizim qanunvericilikdə bu tələb yoxdur. Ancaq bir sıra ölkələrdə 1 neçə faizə qədər kommersiya qurumlarına güzəştlər olunur. Hər hansı fiziki şəxs QHT-yə kömək edirsə, o, artıq vergi imtiyazları qazanır. Təəssüf ki, bizdə bu təcrübə yoxdur. Eynilə bəzi ölkələrdə xarici təşkilatların nümayəndiyinin, yaxud filialının qeydiyyatı asan məsələ olduğu halda, bizdə bu sahədə böyük problemlər var. 2009-cu ildə “QHT haqqında” qanun dəyişdi, 2011-ci ildə xarici təşkilatların qeydiyyatına dair qaydalar təsdiqləndi. Bu dəyişikliklərə uyğun olaraq hər hansı xarici təşkilat Azərbaycanda filialını yaratmaq istəyirsə, Ədliyyə Nazirliyi ilə xüsusi saziş imzalamalıdır, qeydiyyata qədər. Saziş imzalandıqdan sonra qeydiyyat prosesi başlaya bilər. Təcrübə bu prosesin hətta yerli QHT-lərin qeydiyyatından da çox uzun vaxt apardığını göstərir. Son dəyişikliklər zamanı xarici təşkilatların rəhbərliyinə dair tələb salındı. Yəni rəhbər yalnız Azərbaycanda daimi yaşamaq hüququ olan əcnəbilər ola bilər. Bu da təbii ki, Azərbaycana gələn xarici təşkilatların öz rəhbərliyini seçmək sərbəstliyinin azalması deməkdir. Çünki o, öz ölkəsində mütəxəssisi gətirib Azərbaycanda müdir kimi çalışdıra bilməz.
–
Qeydiyyatla ba
ğ
l
ı
ba
ş
qa bir m
ə
qam var, qeydiyyata al
ı
nmas
ı
n
ı
ist
ə
y
ə
n h
ə
r hans
ı
t
əş
kilat
ı
n m
ü
tl
ə
q QHT-l
ə
r
ə
D
ö
vl
ə
t D
ə
st
ə
yi
Ş
uras
ı
ndan qeyri-r
ə
smi aray
ış
ist
ə
nilir. Y
ə
ni, Azay Quliyevin raz
ı
l
ığı
n
ı
almal
ı
d
ı
r. Qanunvericilikd
ə
bu bar
ə
d
ə
t
ə
l
ə
b varm
ı
?
– Qanunvericilikdə qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı tələb edilir, siyahıda hər hansı dəstək məktubu tələb olunmur. Təcrübədə biz də belə dəstək məktubları haqqında eşidirik, amma şuradan yox. Məsələn, mədəniyyət sahəsində QHT yaradılırsa, müvafiq nazirlikdən, yaxud rayonda təşkilat təsis olunursa, icra hakimiyyətindən məktub tələb edirlər.
–
Ö
lk
ə
d
ə
3 mind
ə
n
ç
ox QHT-nin oldu
ğ
u bildirilir, amma h
ə
r hans
ı
sah
ə
il
ə
ba
ğ
l
ı
hadis
ə
olanda, m
ə
s
ə
l
ə
n, ekoloji, t
ə
hsil probleml
ə
ri olanda, v
ə
t
ə
nda
ş
c
ə
miyy
ə
tinin bu sah
ə
l
ə
rini ara
ş
d
ı
ran qurumlardan etiraz notlar
ı
e
ş
idilmir. Qanunvericilik bu m
ə
s
ə
l
ə
l
ə
ri nec
ə
t
ə
nziml
ə
yir?
– Etiraz notları bir tərəfə. Ədliyyə Nazirliyi bu yaxınlarda QHT-lər üçün fərdi elektron pəncərə sistemi yaradıb. Yəni bəzi sənədlərin verilməsi artıq elektronlaşdırılıb. Bunun işlənməsi üçün QHT nazirliyə müraciət edib pinkod pasport almalıdır. Ancaq QHT-lərin marağında olduğu halda bunu etmirlər.
–
B
ə
s pinkod almayanda qanun hans
ı
t
ə
l
ə
b qoyur?
– Onun heç bir cəriməsi yoxdur.
–
İ
ndi ver
ə
c
ə
yim sual b
ə
lk
ə
siz
ə
aid deyil, amma cavab
ı
n
ı
z maraql
ı
d
ı
r. QHT-l
ə
r
ə
D
ö
vl
ə
t D
ə
st
ə
yi
Ş
uras
ı
g
ü
l
ü
nc do
ğ
uran layih
ə
l
ə
r
ə
d
ə
qrant ay
ı
r
ı
r, m
ə
s
ə
l
ə
n, u
ş
aqlar
ı
n s
ü
nn
ə
t olunmas
ı
, yas m
ə
rasimi
ç
ad
ı
rlar
ı
…
Qanunvericilikd
ə
bu bar
ə
d
ə
hans
ı
sa t
ə
l
ə
b varm
ı
?
– Təbii ki, qanunvericilikdə ayrılası sahələr tənzimlənmir. Şura hər bir müsabiqə üçün prioritet sahələr müəyyən edir. Bu, vətəndaş cəmiyyətinin inkişafına dair konsepsiyada öz əksini tapıb. Ekspertlər hər bir layihəyə ayrılıqda qiymət verəndən sonra şura ümumilikdə layihələrə səs verir. Ola bilər ki, yas mərasiminin təşkili hansısa icmada böyük bir problemdir, mən bunu deyə bilmərəm. Əgər belə bir problem varsa da, QHT bunu bilib yaxşı əsaslandırıb ekspertləri inandırıbsa, niyə görə də olmasın.
–
O c
ü
ml
ə
d
ə
n, u
ş
aqlar
ı
n s
ü
nn
ə
t olunmas
ı
da
…
?
– Onu demək ehtiyacdan irəli gəlir. Qrant hər hansı problemnin layihə formasında həllinə yönələn bir dəstəkdir.
–
Olmazm
ı
ki, h
ə
min qrantlar t
ə
hsil v
ə
s
ə
hiyy
ə
layih
ə
l
ə
rin
ə
ayr
ı
ls
ı
n?
– Təhsil və səhiyyə sahəsində qrantlar var.
–
B
ə
s n
ə
tic
ə
si nec
ə
, varm
ı
?
– Yaxşı olar ki, QHT-lər özləri monitorinq aparıb nəticəni qiymətləndirsinlər. Biri var, şura özü monitorinq aparsın, biri də var QHT-lər müstəqil şəkildə araşdırıb nəticələrdən danışalar.