QHT Koalisiyası üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət ünvanlayıb

Müraciəti 140 üzvdən 94 təşkilat, koalisiya üzvlərinin 3/4-ü dəstəkləyib

Source:


Müraciəti 140 üzvdən 94 təşkilat, koalisiya üzvlərinin 3/4-ü dəstəkləyib

“Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib.

Azərbaycanın MHŞT-da üzvlüyü ilə bağlı Beynəlxalq İdarə Heyəti və Katibliyinə koalisiya üzvləri adından ünvanlanan müraciəti 140 üzvdən 94 təşkilat, koalisiya üzvlərinin 3/4-ü dəstəkləyib. Müraciət MHŞT üzrə Beynəlxalq İdarə Heyəti və Katibliyə göndərilib.

Martın 6-da Beynəlxalq Katibliyin nümayəndəsi xanım Olyana Valiqura ilə “Skype” vasitəsilə yaranmış vəziyyətin bütün aspektləri barədə geniş müzakirələr aparılıb. Müraciət barədə məlumat verilib. O.Valiqura müraciəti İdarə Heyətinə təqdim edəcəyini deyib.

Həmçinin, QHT qanunvericiliyinə son dəyişikliklərlə bağlı yerli və beynəlxalq təşkilatlar tərəfindən hazırlanan arayışlar da İdarə Heyəti üzvlərinə təqdim edilməsi üçün Beynəlxalq Katibliyə göndərilib.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev APA-ya faktı təsdiqləyib. Bildirib ki, iclasın bir neçə ssenari üzrə keçirilməsi ehtimal olunur: “Birinci ssenari Azərbaycanın statusunun bərpası, ikinci ssenari namizədlik statusunun davam etdirilməsi üçün vaxtın verilməsi, üçüncü ssenari dayandırılması, dördüncü ssenari isə çıxarılmasını nəzərdə tutur. Əslində, sonuncu ssenarini istisna edə bilərik. Çox təəssüf ki, Şuranın 11 üzvündən 6-sı təhrif olunmuş faktlara əsaslanan müraciət ünvanlayıblar və bu müraciəti Azərbaycanın üzvlüyünün dayandırılması üçün əsas hesab edirlər. Lakin Koalisiyanın üzvlərinin mütləq əksəriyyəti hesab edir ki, nüfuzunu itirmiş həmin şəxslər uzurpasiya ilə məşğuldurlar”.

Əliməmməd Nuriyev bildirib ki, buna görə, Koalisiyanın 140 üzvündən 94-ü müraciət edərək bildiriblər ki, Azərbaycan prezidenti və Nazirlər Kabineti tərəfindən qəbul olunmuş sonuncu qərarlar qrantların əldə olunması istiqamətində ciddi irəliləyişlərin əldə olunmasına rəvac verəcək:

“Doğrudan da son illər ərzində vətəndaş cəmiyyəti mühitinin yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Eyni zamanda, Koalisiya üzvlərinin üzləşdiyi problemlərin mütləq əksəriyyəti öz həllini tapıb. Bu proses davamlı hala çevrilib və bu irəliləyişi, dinamikanı görmək lazımdır. Buna əsaslanaraq, 94 nəfər İdarə Heyətinə müraciət ünvanlayıb və Koalisiyanın iradəsinə hörmətlə yanaşmağı xahiş edir. Koalisiya üzlərinin mütləq əksəriyyəti Azərbaycanın MHŞT-da fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır”.

Ə.Nuriyev bildirib ki, ölkənin MHŞT-dan kənarda qalması vətəndaş cəmiyyətinə ciddi zərbə vuracaq.

Müraciətin mətni ilə tanış olun:

Hörmətli İdarə Heyəti üzvləri,

2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısı ərəfəsində Sizlərə müraciət edirik. Azərbaycanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edirik. MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai  iştirakçılığı dəstəkləməklə  yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir.

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında növbəti dəfə Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunacaq.

Biz aşağıda imza edən MSŞA Koalisiyası üzvləri mövqeyimizi və rəyimizi Sizlərin diqqətinə çatdırmaq istərdik.

Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın  MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də Vətəndaş Cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı.

15 aprel 2015-ci il tarixli iclasınızda Azərbaycan üçün təsdiq etdiyiniz İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair  hökumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin  11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).

Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki fəaliyyətinin bərpasına  zəminlər yaradıb (Rəylər  əlavə olunur).

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probelmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir.

Xüsusi olaraq bir daha bəyan edirik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Müraciəti 94 nəfər imzalayıb. Onlar Sabit Bağırov (İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi), Abbasov Alban (Məşəl Əlil və Şəhid Ailələrinin Sosial Dəstək İB), Akif Hüseynov (Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İB), Anar Orucov (Qafqaz Media Tədqiqatlar Mərkəzi), Anar Xəlilov (Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyi), Araz Aslanlı (Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi – QAFSAM), Arzu Soltan (Fərdi üzv), Aslan Vəliyev (Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb Regionu üzrə nümayəndəliyi), Azər Ələsgərov (“Gənc Şairlərə Dəstək” İctimai Birliyi), Balakişiyeva Günel (Gənclərin Elmi İnkişafına Dəstək İB), Camal Məmmədov (“Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi (Gəncə)), Ceyhun Musaoğlu (“Jurnalist Ekspert Mərkəzi” İB), Çingiz Dadaşov (“Demokratik Seçkilərə Dəstək Mərkəzi” İB), Dadaşov Telman (“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi), Dadaşova Şərqiyyə (“Regional Gender Mərkəzi “  İctimai  Birliyi), Əhməd Abbasbəyli (“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB), Ələsgər Hüseynov (Regional İnkişaf və İnsan Hüquqları İB), Əlibəy Zeynalov (“Aran” İnsan Hüquqları Resurs Mərkəzi), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondu), Əliyeva Mehriban (Regional Qadın Təşəbbüsləri İctimai Birliyi), Elmidar Əliyev (Fərdi üzv), Elşən Nağıyev (Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İB), Əmənov Cəlal (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi), Emil Məmmədov (Demokratiyaya Yardım İctimai Birliyi), Əsgər Əhməd (edited)

(“Demokratik Dəyərləri Müdafiə Fondu”), Əvəz Həsənov (Humanitar Tədqiqatlar Mərkəzi), Fatimat Ağamirzəyeva (Xalça Dünyası Assosiasiyası (Quba şəhəri)), Fidan Maqsudova (Müasir Qadın və Cəmiyyət İB), Fikrət Yusifov (Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi), Fuad Rəsulov (Fərdi üzv), Günay Hüseyn (Demokratiya və Qadın Təşəbbüsləri İB), Habil Niftalı (El Gücü Beynəlxalq Humanitar Assosiasiyası İB), Həsənov Hafiz (Hüquq və İnkişaf İB), Həsənov Rəşad (Sosial Araşdırmalar İB), Hətəmov Səməd (“Doğma Yurda Qayıdış” İB), Hüseynov Tarverdi (Ekoloji Maarifçilik Mərkəzi İB), İlham Şaban (Neft Araşdırmalar Mərkəzi), İlqar Hüseynli (Sosial Strateji tədqiqatlar və Analitik Araşdırmalar), İradə Yaqubova (“ELS” Müstəqil Araşdırmalar Mərkəzi), İrşad Abbasov (Ekoloji-Renesans), İsgəndərov Musa (Regional “Qarabağ” Kənd  Təsərrüfatı Assosiasiyası İB), İsrayil İsgəndərov (Ümid sosial inkişafa dəstək ictimai birliyi), Jalə Cəfərova (Milli Mədəniyyətin Təbliği İctimai Birliyi), Kazımov Xalid (Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi), Kənan Vəliyev (“DƏYƏR” İnkişaf və Maarifləndirməyə Dəstək İB), Kərimli Eyyub (Demokratik İslahatlar Mərkəzi), Könül Ağayeva (Rəqəmsal İnkişaf İctimai Birliyi), Məhərrəmova Elnarə (“Regionların sosial – iqtisadi inkişafı” İctimai Birliyi), Mehriban Vəzir (Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi), Məlahət Mürşüdlü (Azərbaycan Azad Müəllimlər Birliyi), Məmmədhəsən Həsənov (Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi), Məmmədli Nəsimi (Yayımların Monitorinq Mərkəzi İB), Mirəli Hüseynov (“Demokratiyanı Öyrənmə” İB), Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi), Natiq Hətəmov (“Dalğa” Ekologiya və Təbiətin Qorunması İB), Nazim İbadov (“BUTA” Humanitar Uşaq Fondu), Nazir Quliyev (Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyi), Nərmin Qəribova (“Davamlı Turizmin İnkişafına Dəstək” İB), Nəsirov Şaban (“İnsan Haqları – 2003”  İctimai Birliyi), Nəsrulla Nurullayev (“Ahıl Ziyalılara Qayğı İB), Nicat Dağlar (Jurnalistlərin İqtisadi və Hüquqi Maarifləndirmə Mərkəzi), Niftəliyeva Kifayət (“Qadın Dünyası” İctimai Birliyi), Novruz Məmmədzadə (“Zəngilan İctimai Birliyi), Novruzova Laləndər (Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İB), Nurəddin İsmailov (“Xilaskar” İctimai Birliyi), Osman Gündüz (Multimedia Mərkəzi), Qadir İbrahimli (“Güzəran” Sosial Araşdırmalar Mərkəzi), Qənimət Məmmədov (Gənc Nəslin Maarifləndirilməsi” İB), Quliyev Zaur (Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB), Razi Nurullayev (“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM)), Rəfail Becanov (İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi), Şahin Nəsrullayev (“Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti), Rövşən Novruzov (Gəncə Uşaq Fondu), Ruhəngiz Hüseynova (“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi), Ruslan Atakişiyev (İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İB), Ruslan Xəlilov (Jurnalist Təşəbbüsləri Mərkəzi), Rzazadə İradə (Vətəndaşların Sosial Rifahı Naminə İB), Sadiq Həsənov (edited)

(Sağlam həyata doğru” ekoloji ictimai birliyi), Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası), Şamil Mövsümov (Fərdi üzv), Samir Həsənov (“Ulduz” Elektron Təşkilatı), Səbinə Ələkbərova (“Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf İB), Səidə Hüseynova (Media və Təhsil İnnovasiyaları Mərkəzi İB), Sevil Allahverdiyeva (Qadın Problemlərinin Tədqiqatları mərkəzi), Sevil Yüzbaşeva (Eko – Aləm İctimai Birliyi), Şükür İzzətoğlu (Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi), Taleh Əliyev (Vətəndaş Cəmiyyəti İnstitutu İctimai Birliyi), Telman Məlikzadə (“Gənclərin Sosial-Mədəni İnkişafına Yardım” İctimai Birliyi), Rafiq Təmrazov (Bərabər İmkanlar Mərkəzi İB), Teymur Kəsəmənli (“Gen mühəndisliyi ilə bağlı maarifləndirmə” ictimai birliyi), Vüqar Bayramov (İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)), Vüsalə Hüseynova (Demokratik İslahatçı Gənclər İctimai Birliyi), Zaur İbrahimli (Fərdi üzv), Bakir (Qasım) Həsənbəylidir (Sosial Tərəqqiyə Dəstək İctimai Birliyi).

Ana səhifəXəbərlərQHT Koalisiyası üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət ünvanlayıb