Qəzaya uğrayan təyyarədəki 5 sərnişinin cəsədi tapılıb

Sərnişinlər arasında musiqiçilər və 9 jurnalist də var

Source:
foto APA


Sərnişinlər arasında musiqiçilər və 9 jurnalist də var

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.

“Ria Novosti”-nin məlumatına görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş. O, havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.

Qara dənizə düşdüyü bildirilən “Tu-154” tipli təyyarədə 93 nəfərin olduğu müəyyənləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 (Bakı vaxtı ilə saat 05.27) radələrində radarlardan itdiyini bildirib. (APA)

“Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub. TASS agentliyinin məlumatına görə, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Sərnişinlər arasında “Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərnişinlərindən dördünün də cəsədi tapılıb. Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb. Bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.

Ana səhifəXəbərlərQəzaya uğrayan təyyarədəki 5 sərnişinin cəsədi tapılıb