Qəza törədən məmur oğlu həbs edilib

Arif Rəhimovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

Source:


Arif Rəhimovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

Sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Arif Rəhimov həbs edilib. Məlumatı APA Səbail Rayon Məhkəməsinə istinadən yayıb.

A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Ona 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A. Rəhimov və  1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Ana səhifəXəbərlərQəza törədən məmur oğlu həbs edilib