Azərbaycanda büdcə gəlirlərinin 90 faizi neft sektorundadır, qeyri-neft sekrotunda adambaşına düşən gəlirlər isə cəmi 180 manat təşkil edir
və
onun payı 58,7 faizdən 6 faizə düşüb. Bu sektorda ixrac da 60 faizədək azalıb və qeyri-neft ixracının adambşına düşən həcmi 2013-cü ildə cəmi 184 dollar təşkil edib.
“Azərbaycanın dövlət büdcəsinin gəirlərinin əsas qismini təşkil edən neft pulları dünya bazarında bu məhsulun qiymətindən asılıdır. Neftin qiymətinin, hasilatın aşağı düşməsi də ölkə büdcəsinə gələn bu vəsaitlərin azalması deməkdir” – bunu, deyən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTY İB) martın 27-də “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda keçirdiyi konfrans qurumun sədri Azər Mehdiyev bildirdi:
Neft fondunun vəsaitlərinin yarıdan çoxu xərclənib
“Neft Fondunda toplanan vəsaitə gəlincə, onun həcmi 2013-cü ilədək 63,2 faiz, ümumilikdə 67,3 faizi xərclənib. 2014-cü il yanvarın 1-dək 91 milyard manat neft gəliri olub. Bu vəsaitin 61 milyard manatı artıq xərclənib. Bu xərcləmələr bizə nə verir? Son illər Neft Fondundan transfertlərin həcmi 55-60 faiz civarında dəyişir və bu tendensiya qalmaqda davam edir. Büdcə gəlirlərində neft sektorunun payı – dövlət büdcəsinin gəlirlərində həm Neft Fondundan transfertlər, həm dövlət Neft Şirkətinin ödənişləri, həm də ABƏŞ-in ödənişlərinin cəm olmasında büdcənin neft gəlirlərindən asılı olmasını göstərir. 2013-cü ildə bu asılılıq 73 faiz təşkil edib”.
Ekspert vurğuladı ki, 2014-cü ildə büdcənin neft gəlirlərindən asılılığının bir qədər aşağı düşməsi gözlənilir.
A.Mehtiyev ümumi daxili məhsulun son illər qeyri-neft sektorunda artımında mənfi tendensiyasının müşahidə edilməsindən də söhbət açıb. Ekspert qeyd etdi ki, infilyasiya baxımından 2005-ci illə müqayisədə 2013-cü ildə istehlak qiymətləri indeksi 2 dəfə artıb.
Digər iqtisadçı Rövşən Ağayev isə çıxışında iqtisadiyyatın diversifikasiyasından danışanda, uğurlu və uğursuz təcrübəsi olmuş ölkələrdən söz açdı:
Adambaşına qeyri-neft icraçı cəmi 180 manat
“Azərbaycanda elə bir situasiyadır ki, biz bu ölkələrə baxıb vəziyyətimizi müqayisə edə bilmirik. Əslində hökumət ölkəyə böyük neft pulları daxil olmamışdan qabaq mükəmməl işlənmiş diversifikasiya strategiyası olmalı idi. Hökumət hər vəsaitdə hansı nəticələri əldə edəcəyini açıqlamalı idi. Biz bilmirik ki, qeyri neft sektorunda adambaşına ixracın artımını nə zaman görəcəyik? Biz turizmin nəticələrini nə vaxt görəcəyik? 2020-ci ilə qədər Azərbaycan orta gəlirli ölkəyə çevrilmək istəyirsə adambaşına qeyri neft ixracının həcmi 10 min dollar təşkil ertməlidir. Bu gün bu rəqəm 180 manatdır”.
R.Ağayev bildirdi ki, milli iqtisadiyyatın şaxələnməsi üçün bir səviyyə, meyar göstərirlər. Bu o səviyyədir ki, ölkənin ÜDM-un yaranması və ixracının formalaşması prosesində iqtisadiyyatın daha çox sahələri iştirak edir və bu sahələr optimal bir paya malik olurlar:
ÜDM-da qeyri-neft sektorunun payı 58,7 faizdən 6 faizə düşüb
“Bir sahənin ixracda payı 90 faiz olmamalıdır. Optimal pay olmalıdır. Hökumət diversifikasiya ilə bağlı əsas kənd təsərrüfatı, tütünçülük-şərəbçılıq, qida sənayesi, ümumi sənaye, o cümlədən toxuculuq, ipəkçilik, tikinti materialları istehsalı, kimya sənayesi, maşınqayırma, İKT və insan kapitalı sektorlarını götürüb. Hökumətin və özəl sektorun səylərinə baxmayaraq qeyri-neft sektorunun payı 58,7 faizdən 6 faizə düşüb. Kənd təsərrüfatı məhsulunun ÜDM-də payı 4,2 faiz azalıb – 9,3 faizdən 5,4 faizə düşüb. Qeyri neft sənayesinin payı 7,1 faizdən 4,1 faizə düşüb. Tikinti 0,7 faiz azalıb – 10 faizdən 9,3 faizə düşüb. Xidmət sektorunun payı 8,5 faiz civarında qalıb. Nəqliyyat və rabitə sektorunun payı 6,7 faizdən 5,2 faizə düşüb. Kənd təsərrüfatı və qeyri neft sənayesinin ÜDM-də payı bu illər ərzində azalıbdır”.
İqtisadçı-ekspert Azərbaycan kimi ölkədə ixrac potensialını genişləndirmədən iqtisadi diversifikasiyaya nail olmağın mümkünsüzlüyündən danışdı. Onun sözlərinə görə, ixrac qabiliyyətli məhsullar istehsal etmədikdə iqtisadi diversifikasiya sahəsində ciddi uğurlar qazanmaq olmur:
138 ölkədən 133-ü ilə ticarətdə mənfi saldo
“2013-cü ildə 138 ölkə ilə ticarət əlaqəsi qurulub. 102 ölkə ilə saldo mənfi olubdu. Neft ticarəti olan 31 ölkəni saymasaq – 138 ölkədən 133 ölkə ilə saldomuz mənfidir, yalnız 5 ölkə ilə ticarət saldomuz müsbətdir. MDB ölkələrindən Tacikistan və Qırğızıstanla ticarət saldomuz var”.
Rövşən Ağayev qeyd etdi ki, qeyri-neft sektorunda ixrac 11,9 faizdən 4,7 faizə düşüb:
Belə çıxır ki, qeyri-neft sektorunda istehsal olunan ÜDM ən yaxşı halda hər 100 dollarından 4,7 dolları ölkəyə ixrac qabiliyyəti verir. Qeyri-neft ixracının adambşına həcmi 2013-cü ildə cəmi 184 dollar təşkil edib”.
Konfransda iştirak edən millət vəkili Əli Məsimli bildirdi ki, son 3 ildə ÜDM ortalama 3 faiz artıb:
Azərbaycan raxit uşağa bənzəyir.
“Azərbaycan əhalisi 1,3 faizlə artıb. Neftdən, enerji resurslarına əsaslanan modeldən insan kapitalına əsaslanan modelə keçmək lazımdır. Biz texnoloji cəhətdən geri qalmış ölkəyik. Bunu aradan qaldırmaq lazımdır. Azərbaycan raxit uşağa bənzəyir. Baş yekə, bədən cılızdır. Hər şey Bakıda və onun ətrafında formalaşıb, regionlarda inkişaf həddindən artıq aşağıdır. Ölkədə adambaşına düşən ÜDM regionlarda, məslən Şəkidə təxminən 2 min dolların altındadır. Bu rəqəmlərdən çıxış edəndə görürük ki, regionların qalxınması üçün həmin potensialı sözün həqiqi mənasında insan azadlıqlarına geniş meydan verməklə işlətmək olar. Azərbaycanda büdcə gəlirlərini adam sayına böləndə 2 min manatdan bir az artıq vəsait alınır. Şəkinin gəlirini əhalisinin sayına böləndə 216 manat düşür. Bu, dəhşətli rəqəmlərdir. İnsanın güzəranını yaxşılşadırmaq lazımdır”.
Millət vəkilinin sözlərinə görə, idarəetmə sisteminin əsaslı surətdə təkmilləşdirilməsi istiqamətində işlər görülməlidir.
Digər çıxışçılar da mövzu ətrafında öz fikirlərini çatdırdı. Konfransda ölkənin neft gəlirlərinin iqtisadi artıma təsiri, ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması, iqtisadi şaxələnmə siyasətinin həyata keçirilməsi vəziyyəti, bu sahədə olan irəliləyişlər və problemlər müzakirə olundu.