Qənimət Zahidin qardaşı oğlu saxlanıldı

«Şübhə etmirəm ki, bu həbs və təqiblər «Azərbaycan saatı» ilə bağlıdır”

Source:

«Şübhə etmirəm ki, bu həbs və təqiblər «Azərbaycan saatı» ilə bağlıdır”

«Azadlıq» qəzetinin baş redaktoru, «Azərbaycan saatı» verilişinin müəllifi, hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahidin daha bir qardaşı oğlu polis tərəfindən saxlanıb.

Rüfət Zahidovu iyulun 20-də Yasamal rayonunda işlədiyi şirkətdən aparıblar.

Bu barədə Azadlıq Radiosuna onun atası

Fərasət Zahidov

 məlumat verib:

«Üç gündür ki, evimiz nəzarət altında idi. Gözətçi qoyulmuşdu ki, görsünlər bizə kim gəlib-gedir. Halbuki heç gəlib-gedənimiz yoxdur. İndi telefonuna zəng edirəm, zəng çatmır. İş yoldaşları öyrənib ki, hazırda Narkotiklərlə Mübarizə İdarəsindədir, biz də ora gedirik».

Bir neçə gün öncə – iyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu – Tural Zahidov da saxlanaraq Şamaxı polisinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə suçlanaraq 30 sutka həbs cəzası alıb.

Qeyri-iş günü olduğundan baş verənlərlə bağlı rəsmi mövqe almaq mümkün deyil.

Qənimət Zahid Azadlıq Radiosuna açıqlamasında baş verənlərin «Azərbaycan saatı» ilə bağlı olduğundan əminliyini bildirib:

«Şübhə etmirəm ki, bu həbs və təqiblər «Azərbaycan saatı» ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, «Azərbaycan saatı» getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir».

Ana səhifəXəbərlərQənimət Zahidin qardaşı oğlu saxlanıldı