Qəbirlər arasında keçən uşaqlıq…(VİDEO)


Fatimə və Zəhra Qoçiyevlər ailəsinin böyük və ortancıl qızlarıdır.

Yaşıdlarından fərqli olaraq, onlar bağçada, həyətdə yox, Bakının böyük qəbirstanlıqlarından olan Yasamal qəbirstanlığında yaşayırlar. Uşaqların sevimli oyun yerləri isə qəbir daşlarının ətrafıdır. 3 uşaq və valideynlərdən ibarət ailə 7 ildir ki, burada məskunlaşıb.

Ailə başçısı Eyvaz Qoçiyev evlənməzdən əvvəl də burada yaşayıb. Qəbiristanlığın baş daşı sexində fəhləlik edən Eyvaz 20 yaşı olarkən 19 yaşlı xalası qızı Afətlə evlənib. O vaxtdan bəri Eyvaz və Afət qəbiristanlıqdakı bu balaca evdə yaşayırlar. Aztəminatlı olsalar da, dövlət onlara sosial müavinət vermir.

Afət Qoçiyevanın sözlərinə görə, ailənin durumundan xəbərdar olan vətəndaşlar onlara bacardıqları qədər maddi kömək edirlər.

Ana səhifəVideoQəbirlər arasında keçən uşaqlıq…(VİDEO)