”Hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür”
Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.
Bu barədə
Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizinin söndürüldüyü xəbərini yayıb:
“Hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir”.
Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.