Qazaxıstan erkən prezident seçkilərinə gedəcək

Erkən seçkilərin təyin edilməsi etirazlarla qarşılanıb

Source: google.az


Toqayev televiziya ilə xalqa müraciət edib

Qazaxstan iyunun 9-da növbədənkənar prezident seçkiləri keçirəcək. Ölkənin hazırkı rəhbəri Qasım-Jomart Toqayev (Qasym-Zhomart Toqaev) aprelin 9-da televiziya ilə xalqa müraciətində deyib.

Toqayev bildirib ki, o, azad və ədalətli seçkiləri təmin edəcək. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Mərkəzi Asiyanın bu ölkəsində heç bir səsvermə beynəlxalq müşahidəçilər tərəfindən demokratik hesab edilməyib.

Toqayev bildirib ki, o, Nazarbayevlə müzakirə etdikdən sonra bu qərara gəlib. Çıxışı zamanı Toqayev keçmiş prezidentə "Elbaşı", ya da "millətin lideri" kimi müraciət edib. Bu ad Nazarbayevə 2010-cu ildə parlament tərəfindən verilib.

Erkən seçkilər siyasi keçid dövrünün qısaldılmasına və 1990-cı ildən bəri prezident olmuş 78 yaşlı Nazarbayevin istefasından sonra mümkün qeyri-sabitliyin azaldılmasına yönəlib.

Nazarbayev istefadan sonra hələ də hakim partiyanın və Təhlükəsizlik Şurasının sədri olaraq qalmaqdadır.

Seçkidə heç bir tarix yox idi, lakin əvvəlki prezident seçkisindən beş il sonra, 2020-ci ilin aprelində keçirilməsi gözlənilirdi.

Toqayev çıxışında "Sosial və siyasi razılaşmanın təmin edilməsi, sosial-iqtisadi inkişafın vəzifələrini həyata keçirmək üçün hər hansı bir qeyri-müəyyənliyin aradan qaldırılması lazımdır,"- deyib.

Toqaev seçkidə özünün iştirak edib-etməyəcəyini söyləməyib. Bunu çıxışında vurğulamamağının səbəbi kimi prezident seçkilərində namizədlərin yalnız siyasi partiyalar tərəfindən irəli sürülməsi göstərilir.

Parlamentin yuxarı palatasına sədrlik edən və indiyədək Nazarbayevin mümkün davamçısı olaraq təqdim edilən qızı Dariğa (Darigha) Nazarbayeva da prezident seçkilərində iştirak etməyəcək, – Qazaxıstan mediası xəbər verir.

Erkən seçkilərin iki ay sonraya təyin edilməsi müxalifət partiyalarının onsuz da müxalifətin marginallaşdırıldığı və siyasətin hələ də Nazarbayev tərəfindən idarə edildiyi ölkədə seçki kampaniyalarının təşkili üçün çətinlik yaradır. Qeyd edilir ki, seçkilərdə Nazarbayevə yaxın siyasətçinin seçkiləri qazanmaq şansı daha çoxdur.

Erkən seçkilərin təyin edilməsi etirazlarla qarşılanıb. Müxtəlif şəhərlərdə baş verən etirazlarda iştirakçılar hökuməti xalqın ehtiyac və tələblərini nəzərə almamaqda ittiham edirlər.

Ana səhifəDünyaQazaxıstan erkən prezident seçkilərinə gedəcək