Qazaxıstan 80 tondan çox kartofu Azərbaycana qaytarıb

Vahid Məhərrəmov: ”Əgər Rusiya da idxal olunan məhsulların yoxlamalarına başlasa, Azərbaycan oraya da məhsul ixrac edə bilməyəcək”

Source:


Vahid Məhərrəmov: ”Əgər Rusiya da idxal olunan məhsulların yoxlamalarına başlasa, Azərbaycan oraya da məhsul ixrac edə bilməyəcək”

İyunun 10-dan 23-dək Qazaxıstan Azərbaycan tərəfinə fitosanitar nəzarəti keçə bilməyən 81,5 ton kartof geri qaytarıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, göstərilən müddətdə Qazaxıstan ərazisinə gətirilən yüksək fitosanitar riskli karantinli məhsulların yoxlanışı zamanı bitki karantini sahəsində Qazaxıstan Respublikası və Avrasiya İqtisadi Birliyi qanunvericiliyinin pozulduğu səkkiz hal aşkar edilib.

Azərbaycandan kartof idxalı zaman karantin obyektinin (qızılı kartof nematodu – red.) aşkarlanması üzrə dörd hal aşkar edilib.

Məlumatı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, son zamanlar Azərbaycana xaricdən gətirilən toxumlara nəzarət olunmadı. Nəticədə ölkəyə çoxlu sayda bəzi xəstəliklər, zərərvericilərin yumurtaları gətirildi:

“Kənd təsərrüfatına ciddi önəm verilmədiyindən zərərvericilər geniş yayıldı. Belə olan halda Azərbaycanın xaricə ixrac etdiyi məhsullarda həmin xəstəliklərin əlamətləri, törədiciləri və zərərvericiləri tapılır. Ona görə başqa ölkələr Azərbaycan məhsullarının idxalını dayandırır”.

Vahid Məhərrəmov

Ekspert hesab edir ki, yaranmış vəziyyət məhsuldarlığa mənfi təsir edir, keyfiyyət də aşağı düşür:

“Çünki zərərvericilər təsərrüfatlara ciddi ziyan vurur, uzun müddət torpaqda onların törədiciləri yaşayır. Qısa müddətdə bunun qarşısı alınmalıdır. Əks təqdirdə  fermerlər ziyana düşəcək. Əgər Rusiya da idxal olunan məhsulların yoxlamalarına başlasa, Azərbaycan oraya da məhsul ixrac edə bilməyəcək”

Ana səhifəXəbərlərQazaxıstan 80 tondan çox kartofu Azərbaycana qaytarıb