Qazaxda sabiq rektorun evi yandırıldı (FOTOLAR)

Bir qrup şəxs Müəllimlər İnstitutunun Qazax rayon filialının sabiq rektoru İsa Veyisovun Qazax rayonu Daş Salahlı kəndindəki evini yandırıblar.

Source:

Bu gün səhər saat 09.30 radələrində bir qrup şəxs Müəllimlər İnstitutunun Qazax rayon filialının sabiq rektoru İsa Veyisovun Qazax rayonu Daş Salahlı kəndindəki evini yandırıblar. Kənd sakinlərinin verdikləri məlumata görə hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, yanğını tezliklə söndürmək mümkün olmayıb.

İkimərtəbəli evin demək olar ki, hər yeri yanıb. Sakinlərin dediyinə görə, keçmiş rektorun evini bir qrup Biləsuvar rayon sakini yandırıb. Səbəb kimi isə həmin insanlara İsa Veyisov rektor olduğu zaman saxta diplom verilməsidir.

Qeyd edək ki, bundan öncə də İ.Veyisovun mənzilinə bir neçə dəfə müxtəlif rayonlardan gələn insanlar hücum edib, mənzili yandırmağa cəhd göstəriblər. Onu da bildirək ki, bu günkü yanğın zamanı evdə heç kəs olmayıb. Sakinlər bildirirlər ki, saxta diplomlar verdiyi insanların basqısından qorunmaq üçün İ.Veyisov bir neçə gün öncə Bakıya gəlib, paytaxtdakı mənzilindədir. (Modern.az)

Foto şəkillər Elşad Məmmədova məxsusdur. Xüsusi olaraq Meydan.Tv üçün

Ana səhifəXəbərlərQazaxda sabiq rektorun evi yandırıldı (FOTOLAR)