Qazaxda məhkəmə qərarı icra olunmur (VİDEO)



Ali Məhkəmənin qərarına məhəl qoyulmur, borc alan borcunu qaytarmır

Qazaxda məhkəmənin qərarı icra olunmur. Bunu rayonun Ağköynək kənd sakini Samirə Abdullayeva deyir. Onun sözlərinə görə, 2009-cu ildə notaril qaydada yaxın rəfiqəsi və müəllimə yoldaşı olan Maya Hidayət qızına 192 min manatlıq dəyərində qızıl və 15 min 500 manat verib. Şərtdə borcun 15 gün müddətinə geri qaytarılması göstərilsə də, üstündən xeyli müddət keçməsinə baxmayaraq, pulu və qızılı geri ala bilməyib. Xanımın qardaşı Samir Abdullayev deyir ki, narazılıq məhkəməyə qədər gedib çıxıb. Qazax rayon Məhkəməsi də borcun qaytarılması haqqında qərar verib.  Lakin borc hələ də geri qayıtmayıb: “Məhkəmə sədri deyir:“icraçılar satıb yeyib”,icraçılar deyir:“hakim”. Şikayətimizlə bağlı Ali Məhkəmə qərar çıxardı ki, mülk varlığı müsadirə olunub borc ödənsin, amma hələdə ödənilməyib. Biz ona verdiyimiz  qızılların bir hissəsini icraçılar sələmçilərdən yığıb seyfə qoydu,onlar da məhkəmədə yoxa çıxdı.  Həmçinin müsadirə edilən qızlıdan başqa həmin adamın evi,maşını,obyektinə də həbs qoyuldu. Amma həbs qoyulmağına baxmayaraq,bu adamlar yenə həmin evdə yaşayırlar. Bu, necə ola bilər axı?”

Şikayətçi 2 dəfə baş prokuror Zakir Qaralovun qəbulunda olub. Dediyinə görə, baş prokuror ona “şikayətinizə baxılacaq” desə də, heç bir irəliləyiş olmayıb:“Elə birnazirlikyoxdurki, orayazmayaq. Prezidentindəntutmuş aşağı rəsmistrukturlarınhamısına şikayətməktubuyazmışıq, baxılmır.Dələduza“pulumuzuver”deyəndə isə “getkimə şikayətedirsənet, məhkəmənində pulunuvermişəm, icraçılarında”-deyir. Biz indi kimə müraciət edək? Haqqımızı-hüququmuzu kimdən tələb edək?Məhkəmənin sədri özü dedi ki, “mənə kim çox pul versə, iş onun xeyrinə qurtaracaq””.

Samirə Abdullayevin anası hadisə səbəbindən banklara borclandıqlarını deyir: “Bu dərəcədə ədalətsizlik,haqsızlıq olarmı? Adam başının üstündə Allahı unudarmı? Allah cəzalarını verəcək bir gün. İki ailəyik,7 ildir bizim bütün qazancımız kreditlərdədir.  Dolanışığımızı zəhərə döndəriblər. Bir dələduz və onu dəstəkləyən məhkəmə işçilərinin əlində qalmışıq”.

Qazax rayon Məhkəməsindən, eləcə də Məhkəmə Qərarlarının İcrası İdarəsindən Meydan TV-yə məsələ ilə bağlı münasibət bildirmək istəməyiblər. Yalnlz məhkəmədən şifahi şəkildə bildirilib ki, bu iş keçmiş məhkəmə sədrinin vaxtında baxılıb, o vaxt baxılan bütün işlərsə qapadılıb.

Əməkdaşımız Maya Hidayətqızının yaşadığı mənzilə bir neçə dəfə getsə də, qapını açan olmayıb. Ona məxsus telefon nömrələri də zənglərə cavabsız qalıb. Qonşuların verdiyi məlumata görə, əvvəllər Qazax şəhər 2 saylı musiqi məktəbində dərs deyən Maya Hidayətqızı bu hadisələrdən sonra Bakıya köçüb. Onun yenidən Qazaxa qayıtdığı deyilsə də, heç kiminlə ünsiyyətdə deyil.

Samir Abdullayevsə deyir ki, qarşı tərəf tez-tez telefon nömrəsini dəyişdiyindən əlaqə saxlamaq mümkün olmur. Ona görə də şikayətçinin əlacı məsələni ictimailəşdirməyə qalıb.

Yəqin ki, Maya Hidayətqızının da deməyə sözü var. Meydan TV onun fikirlərini işıqlandıra bilər.

Ana səhifəVideoQazaxda məhkəmə qərarı icra olunmur (VİDEO)