Qasırğa bitdi, dərd bitmədi… (VİDEO)

3 gün öncə Bakıda baş verən qasırğadan geriyə bu mənzərə qalıb. Hündür mərtəbəli binadan dağılan kərpiclər Süleyman Tağızadə küçəsi 115 olan evin üzərinə uçub. Ev sakini və Şuşadan qaçqın olan Gülrubə Zülalova xanımın sözlərinə görə hadisədən 3 güç keçməsinə baxmayaraq hələ də bu insanlara heç bir yardım göstərilməyib.

Hadisə yerində çəkiliş apardığımız müddətdə Yasamal Rayonu Icra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov da gəldi. Sakinlərlə danışan birinci müavin bildirdi ki, hündür mərtəbəli binanın tikintisini aparan şirkətin zərərçəkənlərə tklifi var.

Qasırğadan sonra bəzi sakinlər hələ də bu şüşə yerdə gecələyir. Görünən odur ki, tərəflər razılığa gəlinməyincə qasırğanın nəticələri vətəndaşları bu cür narahatçılıqlar yaşatmaqda davam edəcək.

Ana səhifəVideoQasırğa bitdi, dərd bitmədi… (VİDEO)