“Qasid” bazarı tərk edir

Firma qəzet-jurnalı yalnız abunə sistemi üzrə yayacaq

Source:


Firma qəzet-jurnalı yalnız abunə sistemi üzrə yayacaq

Oktyabrın 1-dən  Bakıda mətbuat yayımı ilə məşğul olan “Qasid” Dövlət Mətbuat Yayımı Firması pərakəndə satış şöbəsinin fəaliyyətini dayandırdığını elan edib.

Məlumatı “Turan İA”-a “Azadlıq” qəzətinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Onun sözlərinə görə, firma hesab edir ki, respublikada olan köşklərin əksəriyyəti yığışdırılıb və buna görə də firma zərərə işləyir.

Rahim Hacıyev bunu  “Azadlıq” qəzetinə, ümumilikdə  azad mediayaya qarşı təzyiq kimi qiymətləndirir.

“Azadlıq” əməkdaşları dəfələrlə firmanın qarşısında aksiya keçirərək, qəzetə olan 70 min manat borcun ödənilməsini istəyiblər.

Öz növbəsində, firmanın rəhbəri, deputat Mirkazım Kazımov mediayaya açıqlamasında pərakəndə satış şöbəsinin bağlanmasını son vaxtlar firmanın satışda rəqabətə tab gətirə bilməməsi ilə izah edib.

Onun sözlərinə görə, qəzet-jurnalı yalnız abunə sistemi üzrə yayacaqlar.

Qeyd edək ki, 2011-ci il oktyabrın 28-də  Hacıbala Abutalıbov müasir tipli ticarət köşklərinin quraşdırılması barədə sərəncam imzalayıb. Həyəcan dolu məktubda köhnə köşklərin dəyişdirilməsi zərurəti onların “şəhərin yeni estetik tələblərinə” uyğun olmaması və əhalinin KİV-ə olan tələbatının ödənilməsi zərurəti ilə əsaslandırılıb.

Bir neçə il əvvəl jurnalistlərin keçirdiyi monitorinqlər göstərir ki, yeni köşklərdə süni olaraq qəzetlərin, xüsusən müstəqil və müxalifət qəzetlərinin satışı məhdudlaşdırılır. Bəzi köşklərdə dövri mətbuat ümimiyyətlə satılmır, əvəzində ərzaq, içki və siqaret satılır. Bütün bunlar qəzetlərin tirajının azalmasına səbəb olub.

Ana səhifəXəbərlər“Qasid” bazarı tərk edir