”Qarşı tərəf xəsarətin itməsini gözləyir”

Respublika Prokurorluğu məhkəmənin qərarını icra etmir

Source:
Elçin Sadıqov


Respublika Prokurorluğu məhkəmənin qərarını icra etmir


Vəkil Elçin Sadıqovun mayın 17-də həbs olunan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla görüşündən sonra yaydığı bəyanat media və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Vəkilin Bayram Məmmədovun işgəncəyə məruz qalması barədə yaydığı izahat müəyyən suallar doğurur.

Vəkil Meydan TV-yə bildirib ki, Qiyas İbrahimov da ona işgəncəyə məruz qalması barədə izahat yazdığını deyib: “Mən görüşdə həkim tələb etdim, görüşdən sonra həkimin müayinə edəcəyini vəd etdilər. Qiyas İbrahimovun bədənində qaraltılar və qançırlar vardı. O, bunların işgəncədən sonra yarandığını və çox vurduqlarından başına ağrıdığını söyləyirdi”.

Vəkil deyib ki, Xətai Rayon Məhkəməsi hər iki şəxs haqda mayın 12-də həbs qərarı verərkən eyni zamanda onların işgəncəyə məruz qalmalarının araşdırılması haqda da qərar qəbul edib: “Qərar da dərhal prosessual rəhbərliyi həyata keçirən Respublika Prokurorluğunun nümayəndəsinə verildi. Təəssüf ki, məhkəmənin qərarının prokurorluğun nümayəndəsinə verilməsindən sonra da hər iki gənc Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində döyülüb. Xüsusilə Bayram Məmmədov çox amansızca döyülüb. Bu mənada prokurorluq fəaliyyətsizlik göstərib. Halbuki, məhkəmənin qərarı araşdırma aparmaq üçün yetərlidir”.

Elçin Sadıqov Azərbaycan hökumətinin işgəncələrlə bağlı götürdüyü öhdəliyi xatırladaraq bildirib ki, indiyə qədər araşdırma aparılmaması və gənclərdən bu istiqamətdə ifadə alınmaması qarşı tərəfin xəsarətin itməsini gözlədiyindən xəbər verir: “Bütün hallarda xəsarət irinləmə mərhələsində olduğundan o qalacaq”.

Vəkil bununla bağlı ölkə rəhbərliyinə, ombudsmana və beynəlxalq təşkilatlara da müraciət edəcəyini deyib.

Ana səhifəXəbərlər”Qarşı tərəf xəsarətin itməsini gözləyir”