Qaradağda velosipedçilər qəzaya düşdü

Bir velosipedçi öldü, digəri yaralandı

Source:
Foto: report.az
Foto: report.az


Bir velosipedçi öldü, digəri yaralandı

Avqustun 9-da, səhər saatlarında Bakının Qaradağ rayonunda BMW markalı avtomobil velosipedçiləri vurub. Qəza nəticəsində velosipedçi Akif Abdullayev ölüb.

O, Azərbaycan Velosiped İdmanı Federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü idi.

“Report”-un məlumatına görə, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Arxada hərəkətdə olan KİA markalı avtomobil BMW-yə çırpılıb. Şakir Zülfi oğlu Tağıyevin idarə etdiyi BMW isə velosipedçilərə dəyib.

Hadisə nəticəsində digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ana səhifəXəbərlərQaradağda velosipedçilər qəzaya düşdü