Deputat Aydın Hüseynov təklif verdi
“Qaradağ rayonunun adının dəyişdirilərək, Heydər Əliyev rayonu adlandırılmasını təklif edirəm”.
Bu təkliflə Milli Məclisin fevralın 13-də keçirilən iclasında deputat Aydın Hüseynov çıxış edib. O, “Ələt azad iqtisadi zonası haqqında” qanunun birinci oxunuşda müzakirəsi zamanı bildirib:
“Bu il mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Heydər Əliyevin Qaradağ rayonunun inkişafında böyük rolu olub. Bütün bunları nəzərə alaraq, Qaradağ rayonunun adının dəyişdirilərək, Heydər Əliyev rayonu adlandırılmasını təklif edirəm” – deyə deputat bildirib.