“Qarabağdan məni top-tüfənglə, indi evimdən polislə çıxarırlar” (VİDEO)

Artıq bir müddətdir ki, Bakı Metropoliteninin “QSC”nın rəsmiləri Binəqədi rayonu 7-ci mikrorayon, 3126/27-ci məhəllədə yaşayan məcburi köçkünlərdən ərazini tərk etməsini tələb edirlər. Mayın 21-də günün birinci yarısında Metropoliten rəhbərliyi, rayon icra hakimiyyəti və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəsmiləri ilə ərazidə olublar.

İcra Başçısının müavini İlqar Süleymanov aparılacaq söküntünün qanuni olacağını desə də məcburi köçkünlər özlərini yandıracaqları ilə etiraz ediblər. MeydanTV-nin əməkdaşları hadisə yerində olub və tərəflərin mövqeyini öyrənib.

Ana səhifəVideo“Qarabağdan məni top-tüfənglə, indi evimdən polislə çıxarırlar” (VİDEO)