Qarabağda ilk pravoslav məbədi açılıb

Xankındidə pravoslav məbədi

Rusiya sülhməramlılarının ildönümü münasibətilə ucaldılan abidənin açılışı olub

Noyabrın 10-u Qarabağda Xankəndi (Stepanakert) yaxınlığında, Rusiya hərbi şəhərciyi ərazisində İsa Məsihin şərəfinə ilk pravoslav məbədi açılıb

Açılışda Cənub hərbi dairəsi qoşunları komandanının müavini general-leytenant Rüstəm Muradov və Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak edib.  

“Qarabağda, təəssüf ki, rus kilsələri qalmayıb. Onların hamısı sovet dönəmində bolşeviklər tərəfindən məhv edilib. Odur ki, hazırda İsa Məsihin şərəfinə ucaldılmış rus pravoslav məbədi sakral, tarixi əhəmiyyət daşıyır”, – mərasimdə Xankəndi rus icmasının sədri Aleksandr Bodrov deyib.

Məbədin açılışından sonra orada ilk dəfə ibadət gerçəkləşib.

Elə həmin gün Xankəndi yaxınlığında, Rusiya hərbi şəhərciyinin ərazisində Rusiya sülhməramlı kontingentinin Qarabağa daxil olmasının birinci ildönümünə həsr edilmiş abidə qoyulub.

Bürünc abidədə ona gül dəstəsi uzadan zərif qız uşağını bağrına basan sülhməramlı təsvir edilib. Əsgərin çiynindən Kalaşnikov avtomatı asılıb.

Erməni KİV-in xəbər verdiyinə görə, abidənin prototipi sülhməramlı missiyanın real iştirakçısıdır.     

Ana səhifəXəbərlərQarabağda ilk pravoslav məbədi açılıb