Qarabağ veteranı özünü yandırmağa cəhd etdi (VİDEO)


Fəqan Nəsibov bununla məmur özbaşınalığına etiraz etmək istəyib

İyulun 25-də günorta saatlarında Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü  Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında  yandırmağa cəhd edib.

Məlumatı

Bizimyol.info

yayıb.

Bildirildiyinə görə, I Qarabağ Müharibəsi veteranını özünəqəsdə vadar edən səbəb məmur özbaşınalığıdır.

F.Nəsibovun sözlərinə görə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı müvafiq dövlət orqanlarına şikayət etsə də, səsini eşidən olmayıb. Beləliklə, veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb.

F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlib.

Son məlumata görə, Fəqan Nəsibov mühafizə xidmətinin nəzarəti altındadır.

Ana səhifəVideoQarabağ veteranı özünü yandırmağa cəhd etdi (VİDEO)