Qarabağ tanınmamış idman turnirlərindən ən əsasını qəbul edib

ConIFA himayəsi altında futbol üzrə Avropa Çempionatı ümumdünya böyük idman turnirlərinə yolu bağlı olan yığmalar üçün yeganə şansdır

Source: armenews



ConIFA himayəsi altında futbol üzrə Avropa Çempionatı ümumdünya böyük idman turnirlərinə yolu bağlı olan yığmalar üçün yeganə şansdır

ConIFa himayəsi altında futbol üzrə tanınmamış Avropa Çempionatı Qarabağda 1-8 iyunda keçiriləcək.

Turnirdə tanınmamış və ya qismən tanınmış respublikalardan səkkiz komanda iştirak edəcək. Onların hamısı üçün ConIFA turnirləri yeganə yarış şansıdır, çünki onlar böyük ümumdünya turnirlərində iştirak edə bilmirlər.


ConIFA nə deməkdir, kim iştirak edir, hansı mükafatlar verilir, Stepanakert turnirə necə evsahibliyi edir – bütün təfərrüatlar haqda qısaca.

ConIFA Qarabağda futbol üzrə tanınmamış Avropa Çempionatı keçirir


CONIFA nədir?

ConIFA – Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası 2013-cü ildə yaradılıb və geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan respublikaların FİFA və ya tərkibinə daxil olmayan yığma komandaları və təşkilatlarının birləşdirilməsi üçün nəzərdə tutulub.


ConIFA yüz faizlik siyasi neytrallığını bəyan edir, Dünya Kuboku və Avropa Kuboku trnirlərini keçirir və by gün 40 yığmanı birləşdirir.

Təşkilatın qərargahı İsveçin Luleo şəhərində yerləşir.


Hazırlıq

Tanınmamış futbol turnirini Stepanakertə gətirmək qərarı bir il əvvəl qəbul olunub və həmin vaxtdan Qarabağda turnirə fəal hazırlıqlar gedir.

Gələnlər üçün birdəfəlik turist vizasına görə ödənişi ləğv ediblər. Oyunlar dörd şəhər arasında bölüşdürülüb və bir il ərzində burada dörd stadion tam qaydaya salınıb.

İdmançılar, hakimlər və jurnalistlər üçün 11 mehmanxana ayrılıb. Həmçinin hakimiyyət yerli sakinlərə “Qonaqpərvər ailə” proqramına qatılmağı və evlərinə qonaq dəvət etməyi təklif edib. 60-dan çox ailə çağırışa cavab verib.

Qurgen proqrama qoşulanlardan biridir. Onu bu işə futbolla maraqlanan 15 yaşlı oğlu Samvel razı salıb.


“Bizdə burda Qərbi Ermənistanı təmsil edən azarkeşlər var

(rəsmən Türkiyənin Şərqi Anadolu regionu — JAMnews).

Əslində hamımız erməniyik, amma sən demə, fərqli erməni dilində danışırıq və tez-tez ingilis dilinə keçirik. Amma indi mənim azarkeşlik etdiyim iki komandam var – “Artsax” və “Qərbi Ermənistan””, –

Samvel meydançaya gedərkən danışır.


Qonaqlar və ev sahibləri

Qarabağ komandası ilə birlikdə turnirdə səkkiz komanda iştirak edir. Müxtəlif səbəblərdən Donetsk və Luqansk respublikalarının

(bütün beynəlxalq ictimaiyyətin Ukraynanın tərkib hissəsi hesab etdiyi tanınmamış respublikalar — JAMnews),

həmçinin Dnestryanı respublikasının

(bütün beynəlxalq ictimaiyyətin Moldovanın tərkib hissəsi hesab etdiyi tanınmamış respublika — JAMnews)

komandaları turnirdə iştirakdan imtina edib.

İştirakçılar arasında qismən tanınan respublikalar da var – Abxaziya və Cənubi Osetiya.

Turnirə həmçinin Çameriya bayrağı altında albanlar, Padaniya adı altında italyanlar, Rumıniyanın Sekei vilayətindən olan macarlar və daha çox Laplandiya kimi tanınan Sampi nümayəndələri qatılıb.

Ən qeyri-adi iştirakçılardan biri Qərbi Ermənistanın komandası olub (rəsmən Türkiyənin Şərqi Anadolu regionu — JAMnews). Bu regionun ərazisi yoxdur, amma prezidenti və digər məmurları var. Bu yığmanın tərkibində Osmanlı imperiyasında baş vermiş qırğınların qurbanlarının hazırda bütün dünyaya səpələnən nəvə-nəticələri oynayıb.

Komandaların səviyyələri kifayət qədər müxtəlifdir. Qrup mırhələsinin oyunlarından görünür ki, Abxaziya, Padaniya və Sampi komandalrı güclüdür, onların tərkibinə yetərincə peşəkar futbolçular daxildir, onlardan bbəziləri hətta tanınmış nüfuzlu çempionatlarda da iştirak edirlər. Turnirin digər iştirakçılarının isə həvəskar yığma olduqları aydın bəlli olur.

Açılış mərasimində iki nümayəndə heyəti iştirak edib – biri Cənubi Osetiya prezidentnin, digəri isə Abxaziya xarici işlər nazirinin rəhbərliyi altında.

ConIFA Çempionatı Qarabağda bayram kimi keçirilir. Açılış mərasiminə, elə bütün oyunlara da giriş biletsizdir. Könüllülər şəhərdə ekskursiyalar təşkil edir.

Açılış mərasiminin ulduzları Fransadan gələn Gipsy Kings musiqi qrupu və tanınmış erməni müğənni Siruşo olub. O, Qarabağda xüsusilə populyardır. Siruşo Ermənistanın əslən qarabağlı olan ikinci prezidenti Robert Koçaryanın gəlinidir.

Ümumilikdə açılış mərasimində on mindən çox insan iştirak edib. Stepanakert stadionunun tutumu məhz bu qədərdir. Amma ətrafda da – evlərin damlarında, yaxınlıqdakı kafelərin verandalarında – tamaşaçılar çox olub.

Turnirin finalı iyunun 9-da baş tutacaq. Abxaziya və Padaniya komandaları favorit sayılır.

Ana səhifəXəbərlərQarabağ tanınmamış idman turnirlərindən ən əsasını qəbul edib