Mənbə: Meydan tv

“Qarabağ”-“Sileks” qarşılaşmasında

Avqustun 18-də Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq UEFA hər mərhələdə bir oyunun keçirilməsi barədə qərar qəbul edib. Püşkə əsasən, oyun “Qarabağın” meydanında keçirilib.

Hesab 4:0 olub. “Qarabağ” qonaqlara hesabı açmağa imkan verməyib. “Qarabağın” ikinci təsnifat mərhələsində rəqibi Moldovanın “Şerif” və Lüksemburqun “Fola” cütlüyünün qalibi olacaq.

Azərbaycanı Avropa kuboklarının 2020-2021-ci il mövsümündə daha üç klub – “Neftçi”, “Sumqayıt”, “Keşlə” təmsil edirlər. Həmin klublar Avropa Liqasında yarışacaqlar. Klubların hər üçü oyunlarını avqustun 27-də keçirəcəklər.

“Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyunundan fotosessiya

Mənbə: Meydan.TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/94zlyi

Ən çox baxılan