Oyunda yeganə qolu 36-cı dəqiqədə Riçard Almeida vurub
Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.
“Report” xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın “Anderlext” klubunu qəbul edib və görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 36-cı dəqiqədə Riçard Almeida vurub.
“Qarabağ” ilk turda İngiltərədə “Tottenhem Hotspur”a 1:3 hesabı ilə məğlub olub.