Özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun oğlu İsmayıl Həsənov deyir ki, deputat Səttar Mehbalıyev əvvəllər onların evinə tez-tez zəng edib atasını hədələyirmiş. Obyektdən çıxmayacağı halda onu həbs etdirəcəyi ilə təhdid edirmiş. Qarabağ qazisinin qızı Mahizər Həsənova isə evlərini də Səttar Mehbalıyevə verməyə hazır olduğunu deyir, təki onlara bu işgəncələri yaşatmasın.