Astaranın Siyətük kəndində yaşayan Uğur İbrahimov beş övlad atasıdır. Qarabağda gedən döyüşlərdə 3 dəfə yaralanan ailə başçısı, ikinci qrup əlildir. Canını vətən yolunda qoyan Qarabağ qazisi bu gün onlara qarşı biganəlikdən gileylənir. 7 nəfərlik ailə isə dövlətin Qarabağ qazisinə verdiyi əlillik müavinati ilə dolanır. Bu müavinətin böyük hissəsi onun müalicəsinə sərf olunur. Uğur İbrahimovun hər iki böyrəyi artıq öz fəaliyyətini dayandırdığından ona təcili yeni orqan köçürülməlidir.