Qarabağ qazisi Namiq Ağayev ötən gün Meydan TV-yə ölüm aclığına başlayacağı haqqında açıqlama vermişdi. Dünən isə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng edərək nazirin məsələni diqqətdə saxladığını deyiblər. Eyni zamanda Namiq Ağayevi nazirliyə dəvət ediblər. Bu barədə Meydan TV-yə açıqlama verən Namiq Ağayev bildirdi ki, onu nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev qəbu edib. “Çingiz Əliyev şikayətimə baxacağını və problemlərimi həll ediləcəyini vəd etdi. Xidmət rəisi həm də mənim ev, iş və maşınla təmin ediləcəyimi dedi.”