“Qarabağ” Lüksemburqda erməni təxribatı ilə üzləşdi

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı

Source: Sputnik

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı

Azərbaycan çempionu “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda qalib gəlib.

“Qarabağ” Lüksemburqda yerli “Düdelanjı” 4:1 hesabı ilə məğlub edib. Azərbaycan klubunun üstünlüyü ilə keçən oyunun 11-ci dəqiqəsində hesabı Abdulla Zubir açıb. O, Qara Qarayevdən dəqiq ötürmə alaraq, rəqib meydançasına daxil olub və topu qapıdan keçirib. İkinci qol oyunun 30-cu dəqiqəsində vurulub. Qolun müəllifi Miçel olub. O, Dani Kintanadan ötürmə alaraq, başla zərbə vurub. “Qarabağ” üçüncü qolu oyunun 37-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən vurub. Zərbəni Riçard Almeyda yerinə yetirib. Oyunun 69-cu dəqiqəsində Dani Kintana cərimə meydançasına daxil olaraq, dəqiq zərbə ilə hesabı 4:0 edib. Meydan sahiblərində təsəlli qolunu, oyunun 90-cı dəqiqəsində Bernier vurub.

Oyun zamanı “Qarabağ” futbolçuları erməni təxribatı ilə də qarşılaşıblar. Oyunun 30-cu dəqiqəsində, ikinci qol vurulduqdan sonra meydana dron vasitəsilə Azərbaycanın işğal olunan ərazilərində yaradılan “Dağlıq Qarabağ Respublikası”nın bayrağı endirilib. “Qarabağ”ın futbolçularının etirazı nəticəsində hakim oyunu dayandırıb və matçda 25 dəqiqəlik fasilə yaranıb. Sonradan Lüksemburqun idman naziri stadionda ölkəsinin hökuməti adından hadisə ilə bağlı üzr istəyib və bu təxribatın onlara aidiyyatı olmadığını elan edib.

Ana səhifəXəbərlər“Qarabağ” Lüksemburqda erməni təxribatı ilə üzləşdi