Qarabağ Komitəsi yenə mitinq keçirməyi planlaşdırır

Qurum yeni qərar qəbul edib

Source:


Qurum yeni qərar qəbul edib

Qarabağ Komitəsi dekabrın 15-də mitinq keçirmək haqda qərar qəbul edib.

Komitənin yaydığı açıqlamada bildirilir ki, bu barədə komitənin noyabrın 28-də keçirilmiş toplantısında qərara alınıb.

Eyni zamanda, dekabrın 5-də “Azərbaycan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” mövzusunda KXCP qərargahında Dəyirmi Masa keçirilməsi planlaşdırılıb.

“Qarabağ Komitəsi” şəhid ailələrinin problemlərini işıqlandırdığı zaman jurnalist fəaliyyətini yerinə yetirən Əfqan Sadıqovun həbsindən narahatçılığı bildirib, onun əsassız yerə 30 sutka həbs olunduğunu və təcili azadlığa buraxılmasını tələb edib.

“Qarabağ Komitəsi” noyabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verməməsinə və məhkəmənin etinasızlığı haqda bəyanat vermişdi.

Komitə bildirmişdi ki, icra hakimiyyətinin və 1 saylı İnzibati İqtisadi Məhkəməsinin qərarları nəticəsində yaranmış hüquqi vəziyyəti, həmçinin iqtidardakı bəzi dairələrin kütləvi repressiya və təxribat planları, region və ölkədəki hərbi siyasi situasiyanı müzakirə edərək, 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul edib.

Ana səhifəXəbərlərQarabağ Komitəsi yenə mitinq keçirməyi planlaşdırır