Avqustun 26-da Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.
Klub 2-ci təsnifat mərhələsi çərçivəsində Moldova çempionu “Şerif”i qəbul edib.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçı ukraynalı FİFA referisi Mikola Balakin idarə edib.
Oyun 2:1 “Qarabağ“ın qələbəsi ilə yekunlaşıb.
Bu, komandaların avrokuboklarda 5-ci dueli idi. Daha əvvəl 2017/18 mövsümündə Çempionlar Liqasında, 2018/19 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlamışdı.
“Qarabağ” yoluna ÇL-in 3-cü təsnifat mərhələsində davam edəcək. “Şerif” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparacaq.
“Qarabağ” 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Sileksi”nə 4:0 hesabı ilə qalib gəlmişdi.